İran Azərbaycanda ticarət nümayəndəliyi açacaq

"Azərbaycanda ticarət nümayəndəliyi yaradılacaq".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Gilan vilayətinin Kooperativlər Palatasının sədri İsa Məhəmmədi deyib.

Onun sözlərinə görə, İranın qeyri-neft ixracına dəstək paketlərinin həyata keçirilməsi və müsbət valyuta daxilolmalarına hərtərəfli dəstək məqsədilə Azərbaycanda daimi ofisin açılması ilə bağlı Kooperativlər Palatasının iclası keçirilib.

"İclasın keçirilməsinin əsas məqsədlərindən biri Azərbaycanda nümayəndəlik və ya Ticarət Evi yaratmaqdır və ilk addım Kooperasiya Palatasının xüsusi VÖEN-i olan menecerlərlə koordinasiyanın aparılmasıdır", - deyə iclasda palata sədri İsa Məhəmmədi bildirib.

O əlavə edib ki, İran tərəfi Azərbaycanda Ticarət Evinin yaradılması istiqamətində ciddi şəkildə çalışır.

635x100

Şərhlər

Eli 2021-01-21 21:05:33

İranın medeniyyet.din ticaret ve sair adlar altında açdığı nümayendilikler öüellim qeyd etdiyi kimi Casus şebekeleridir.Turklerde olan milli qeyretin 1 %-i iranlılarda olsaydı Qarabağ meselesi çoxdan hell olmuşdu.Men şexsen şahid olmuşam ki -Tebrizde bir meclisde eşitmişem ki azerbaycanlılar işğal olunmuş etazilerdeki evleri ermenilerle şerik söküb satıblar Diz bir Qeyretsizliyin derezesine baxın

t.ədalət 2021-01-21 16:02:42

İranın nümayəndəlikləri də casus şəbəkəsidir.Nə qədər uzaq olsaq,xeyrimizə olar.

Son yazılar