Menu

"Tələbələr imtahana buraxılmır, acınacaqlı vəziyyət yaranıb" - Təhsil eskperti rektorlara müraciət etdi

21.01.2021, 15:18
"Tələbələr imtahana buraxılmır, acınacaqlı vəziyyət yaranıb" - Təhsil eskperti rektorlara müraciət etdi

"Yanvarın 11-dən etibarən ali və orta təhsil müəssisələrində imtahan sessiyası başlayıb. İmtahanlar mövcud şərait daxilində yaxşı təşkil olunub. Amma problem təhsil haqqı ilə bağlıdır".

"AzPolitika.info" xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert qeyd edir ki, pandemiya səbəbindən çox sayda insanın iş yerlərini itirməsi, gəlirlərinin ciddi şəkildə azalması onların ali məktəblərdə təhsil alan övladlarını çətin vəziyyətdə qoyub: "Düzdür, cənab prezident sosial həssas ailə kateqoriyasına aid olanların təhsil haqqını ödəmək üçün 40 milyon manat vəsait ayırmışdı. Bu vəsaitdən 20 minə yaxın tələbənin 2020-ci ilin II (yaz) semester və I (payız) semesterin təhsil haqları ödəndi. Bu kateqoriyaya aid olmayanlar isə kənarda qaldı".

K. Əsədovun sözlərinə görə, hazırda vəziyyət acınacaqlıdır: "Belə ki, ali və orta təhsil müəssisələri tələbələrdən təhsil haqlarını ödəməyi tələb edirlər, əks halda onları semester imtahanına buraxmayacaqlarını bildirirlər. 

Xüsusi ilə Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universitetindən bu tipli çoxsaylı şikayətlər daxil olur ki, tələbə təhsil haqqını tam şəkildə ödəməsə, imtahanlara buraxılmır".

Ekspert bildirir ki, universitetlər təhsil haqqını tələb etməkdə hüquqi olaraq haqlıdırlar, amma mövcud vəziyyəti nəzərə almaq lazımdır. 

O, universitet rəhbərlərinə müraciət edərək, tələbələrin düşdüyü çətin vəziyyətə anlayış göstərməyi xahiş edib: "Hörmətli rektorlar, prorektorlar, dekanlar! Vallah insanlar bu pulu ödəyəcəklər, indiyə qədər ödədiklərini görmüsünüz axı. Ancaq indi iş yerlərini, gəlirini itirənlər var. Anlayış göstərib tələbələri imtahana buraxın!"

"AzPolitika.info"

Şərhlər

Kanan Əlizadə 2021-01-21 18:46:25

Hələ bunlar nədir ki, evimize zəng vurub mənnən oğlumun ön cəbhədə olmasının sübütunu arayışı asan xidmətdən yox hərbi hissədən istəyirlər ,ordan arayışı gətirin deyirlər, bu biyabırçılıq ancaq elə texniki universitetde olar, dövlət bizə belə məsələlərdə qüzəştə getdiyini demişdi bunlar isə bizdən pul tələb edirlər, biz bilmirik uşağın salamat olduğunu fikirleşek yoxsa onun təhsilini

Xalq 2021-01-21 18:21:40

Sağ ol!

Minarə 2021-01-21 18:14:30

Hələ bunlar nədir ki, evimize zəng vurub mənnən oğlumun ön cəbhədə olmasının sübütunu arayışı asan xidmətdən yox hərbi hissədən istəyirlər ,ordan arayışı gətirin deyirlər, bu biyabırçılıq ancaq elə texniki universitetde olar, dövlət bizə belə məsələlərdə qüzəştə getdiyini demişdi bunlar isə bizdən pul tələb edirlər, biz bilmirik uşağın salamat olduğunu fikirleşek yoxsa onun təhsilini

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol