Yeraltı təkanlar Salvadorda qeydə alınıb
Salvadorda güclü zəlzələ baş verib. Ölkənin cənub-şərqində baş vermiş iki zəlzələnin hər ikisinin gücü Rixter cədvəli ilə 7,4 bal təşkil edib. Zəlzələlərdən birinin episentri Çirilaqua şəhəri yaxınlığında, digərinin episentri isə İntipuka şəhəri yaxınlığında qeydə alınıb.
Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.
Yeraltı təkanlardan sonra sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Sunami təhlükəsinin Salvadorla yanaşı, Nikaraqua və Hondurasa da şamil edildiyi bildirilir. /BBC


Şərhlər