Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Nazirlər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı və Dağlıq Qarabağdakı əməliyyat şəraitini müzakirə ediblər.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2021-01-21 20:46:30

Hayla pes.

Xalq 2021-01-21 19:18:52

milləti bəlli olmayan şoyqu erməni ilə bizim torpağımızı nə müzakirə edir. Get o boyda rusiya var, oranı müzakirə et! rusiya rədd ol torpağımızdan! Belə erməni sevənsən get rusiyada erməniləri məskunlaşdır, daha mənim hesabıma erməniyə şərait niyə qurursan?

t.ədalət 2021-01-21 19:05:47

Pişiyin quyruğu görünür.Şoyqu niyə ermənistanın müd.naziri ilə Azərbaycan ərazisini müzakirə edir?Lavrov-kalantaryan deyən yavaş-yavaş ortaya çıxır:Qarabağın statusu sonrakı məsələdir.Yəni,məsələ gündəmnən çıxarılmayıb,sadəcə müzakirə bir az geriyə atılıb.İkincisi də sülh müqaviləsi imzalanmayıb,bu,o deməkdir ki,müharibə qurtarmayıb.

boris 2021-01-21 18:38:54

başa düşə bilmirəm başqa ölkələr bizim ərazi haqqında niyə müzakirə aparmalıdırlar

Son yazılar