Menu

Daxili Qoşunların şəhid baş çavuşunun ilk övladı dünyaya gəlib - FOTOLAR

21.01.2021, 20:48
Daxili Qoşunların şəhid baş çavuşunun ilk övladı dünyaya gəlib - FOTOLAR

Cəlilabad rayonunda şəhid Fərid Hüseynovun ilk övladı dünyaya gəlib. "Report"un Muğan bürosunun məlumatına görə, körpəyə atasının vəsiyyətinə uyğun olaraq Əbəlfəz adı qoyulub.

Qeyd edək ki, DİN-in Daxili Qoşunlarının baş çavuşu olan Fərid Fətəli oğlu Hüseynov 1994-cü ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub. O, ötən il noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 11-də Bəcirəvan kənd qəbiristanlığında torpağa tapşırılıb.

F.Hüseynov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şərhlər

Xalq 2021-01-21 22:37:28

Baş çavuşumuza Allahdan rəhmət diləyirik! O göz bəbəyimiz körpəyə isə atasının torpağı sanı ömür arzulayırıq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol