Menu

Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək

22.01.2021, 11:39
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək

İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, İXM-nin 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər cərimə olunacaq.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, İXM-in 124.3-cü maddəsində deylir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.

Şərhlər

t.ədalət 2021-01-22 16:47:57

Polis yox,xalqı talan edən BNA-dır.Aylıqlarını aldığı obyektlərin qarşısında (Azərbaycan-İran dükanının qarşısı,Azadlıq prospekti) üç sıra maşınlar park edir,keçid mümkün olmur.Ancaq orda heç kimə cərimə yazılmır.Bir az kənarda isə(aylıq almadıqları yerdə) dayanan kimi cərimə telefonda peyda olur.Ən çox cərimələdikləri isə müharibə əlilləridir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol