AZƏRBAYCAN ORDUSUNUN İKİ ŞƏHİD ZABİTİNİN NƏŞİ TAPILDI - Fotolar

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən zabitin meyiti tapılıb. Baş leytenant Mikayılov Rahim Qabil oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Qeyd edək ki, R.Mikayılov 1990-cı ildə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlindən zabitlə əlaqə kəsilib və barəsində heç bir məlumat olmaq mümkün olmayıb.

R.Mikayılov, ailəlidir. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.

Allah rəhmət eləsin!

Bu gün Azərbaycan Ordusunun şəhid olan daha bir hərbi qulluqçusunun nəşi tapılıb.  Bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin Azad oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndinə gətirilir.

Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. Daha sonra şəhidin nəşi dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü, leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın əvvəllərindən sonra onun barəsində heç bir məlumat olmayıb.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar