Bu günə qədər Azərbaycanda 14758 məktəbli və 7090 müəllim COVİD-19-a yoluxub. "AzPolitika.info" xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev karantin dövründə təhsil müəssisələrinin fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin sentyabrından etibarən 2246 ibtidai sinif şagirdi koronavirusa yoluxub.
Xəstəliyə yoluxanların 4411-i 5-9-cu sinif şagirdləri, 7525 nəfəri isə 10-11-ci sinif şagirdləridir.
"AzPolitika.info"


Şərhlər
Təhsil nazirinin müşaviri