KORRUPSİYA İDARƏSİ MASALLIDA ƏMƏLİYYAT KEÇİRİR - Baş həkim saxlanıldı

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Masallıda əməliyyat keçirib.  Bu barədə “Report”un Cənub Mərkəzi xəbər verir.

Məlumata görə, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda əməliyyat davam etdirilir: "Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək".

635x100

Şərhlər

Bazarın səhmdarı 2021-01-25 21:33:01

Korrupsiya İdarəsinin rəhbərliyindən xahiş edirəm, yolunuzu Şəki-Bazar ASC - nə salın... Bazarın direktor vəzifəsinə "Mollalıqla" məşğul olan, təhsilsiz, savadsız Eldəniz Hacıağayevi, Baş mühasib vəzifəsinə isə "dəmirçiliklə" məşğul olan Şəxsi Sənail adlı şəxsi, direktor müavini vəzifəsinə təhsili olmayan şəxsi Eldarı təyin etməklə ildə külli miqdarda vergidən yayınmaya yol verilir, səhmdarların hüquqları uzun illərdir ki, tapdalanır, qanuni dvident üzünüə həsrət qalıblar.... Onların qanunsuz əməllərinə aidiyyatı qurumlarda göz yumurlar....Vergilər Departamentidə göz yumurlar... İldə ən azı 500,0 - 700,0 min manat vergidən yayınmaya yol verirlər... Bazarın direktoru Eldəniz Hacıağayev, müavini Eldar, mühasibi Sənail misli görünməmiş var-dövlət sahibi olublar ? Dövlətimizin iqtisadiyyatının inkişafı naminə adları qeyd olunan korrupsionerlərin özbaşnalıqlarına son qoymağınızı sizdən xahiş edirik... Yoxlama dövründə siziə köməklik göstərəcəyik...

Vətəndaş 2021-01-22 23:04:13

Nədənsə eşşəyə gücü çatmır palanı döyəcləyir məsəli yadıma düşdü..

Nazim 2021-01-22 21:58:45

zakir qaralov niye hebs edilmir?

Vetendaş 2021-01-22 21:27:38

Ay qardaş qurban olum hekimə maaş ne verirsiz ? Müdetli herbi qulluqçu hekimden çox maaş alır-hele zabitleri demirem. Heç olmasa hekime 2 min manat maaş verin sonra tutun, hebse qalsa toxunulmaz şexslerden başqa bütün vezifeliler ya yeyib dagıdır söküb aparır ))

Son yazılar