Menu

ÜST koronavirusun qida paketlərində qalma ehtimalını açıqlayıb

23.01.2021, 09:21
ÜST koronavirusun qida paketlərində qalma ehtimalını açıqlayıb

“Qida paketləri dondurulmuş olsa belə, uzunmüddətli nəqliyyat daşımaları zamanı koronavirus infeksiyasını özündə saxlaya bilər”.

APA xəbər verir ki, bu barədə “Wall Street Journal” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni tövsiyələr layihəsinə istinadən məlumat yayıb.

Layihəyə görə, son tədqiqatlar və hesabatlar virusun donma və soyuq saxlama şəraitində uzun müddət yaşaya biləcəyini və bu halda insanlara keçə biləcəyini təsdiq edir.

Təlimatlarda istehlakçılar üçün risk minimum qiymətləndirilsə də, vurğulanıb ki, nadir hallarda istehsal zamanı qida virusa yoluxa bilər. Bu halda virus uzunmüddətli nəqliyyat daşımaları zamanı donmuş məhsul olsa belə, qala bilər.

Qeyd edək ki, ÜST nümayəndələri sözügedən tövsiyənin jurnalın redaksiyasına təsadüfən göndərildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu, tövsiyələrin ilkin layihə versiyasıdır və təkmilləşdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol