Menu

"Arif Hacılının sədrliyi üçün hər türlü oyunlardan çıxıblar" - Səxavət Əlisoy

14.10.2014, 14:57

sexavet elisoy 006-005 "Müsavat Partiyası daxilində baş verən intriqa və istefalar haqsızlığa, ədalətsizliyə və avtoritarizmə etirazdır".

Bunu SalamNews-a açıqlamasında Müsavat Partiyası başqanının keçmiş müşaviri Səxavət Əlisoy bildirib.

S.Əlisoy qeyd edib ki, sonuncu qurultay Müsavatın tarixində bir qara ləkə kimi qalacaq: "Bu qurultay həm də partiyanın demokratiya dilini gödək etdi. Faktiki olaraq partiyada ikitirəlik var və bu nə qədər çağırış olsa da, daha da dərinləşməkdədir. Çünki, son 3 ildə onun dəstəsinin etdiklərini həzm etmək müşkül məsələdir. Bu dəstə A.Hacılının sədrliyə gedən yolunu rahat etmək üçün hər türlü oyunlardan çıxıb. Müsavatı bu dəstə yaralayıb, onun sağalması üçün "müdriklərin, ağsaqqalların, dahilərin" müraciətləri məlhəm ola bilməz. Müsavat özü-özünü sağaltmalıdır. Bu prosesin isə zamana ehtiyacı var".

Onun fikrincə, yeni başqan heç vaxt intriqalara son qoya bilməyəcək: "Çünki, bu oyunda tərəf kimi iştirak edir. Digər tərəfdən də onun bütün siyasi həyatı intriqalar içində keçib".

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol