SOCAR-ın MÜŞAHİDƏ ŞURASININ TƏRKİBİ TƏSDİQLƏNDİ - Prezident sərəncam imzaladı (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib.

Müşahidə Şurasının sədri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Müşahidə Şurasının üzvləri

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru

Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

635x100

Şərhlər

İ.Mustafaoğlu- Şəki 2021-01-24 14:39:00

Nazirlərin içərisində dövlətinə və xalqına sədaqətlə xidmət edən dəyərli nazirlərdən biri cənab Mikayıl Cabbarovdur. DNŞ-nin Müşahidə Şurasının sədri vəzifəsini Mikayıl Cabbarov uğurla həyata keçirəcək və öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğruldacaqdır. O cümlədən Müşahidə Şurasının üzvü Rövşən Nəcəfov və Emin Hüseynov da savadl ,təcrübəli,ciddi və tələbkar kadrlardır . Hər ikisi öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğruldacaqlar . İqtisadiyyatımızın inkişafı naminə cənab Nazir başda olmaqla onlara uğurlar arzulayıram. Uğurlar ! drdır, o da öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğruldacaqdır.

Kolxozdar 2021-01-24 09:57:46

İnvestisiya Holdinqi nə mənədir və onun Neft göstəricilərinə nə aidiyyatı ola bilər? Eləcə də, hansısa köməkçinin?

Vətəndaş 2021-01-24 07:42:27

Mikayıl Cabbarov?

ayrım 2021-01-23 22:52:27

Alqışlanası Fərmandi ....

Son yazılar