Menu

Sabah Eldəniz Quliyevin məhkəməsidir

14.10.2014, 15:09
Sabah Eldəniz Quliyevin məhkəməsidir

"Məni həbs edə bilərlər"

Daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilən ziyalı Eldəniz Quliyevin oktyabrın 15-də məhkəməsidir. Bu barədə Musavat.com-a o, özü məlumat verib. Nəsimi Rayon Məhkəməsində keçiriləcək proses saat 15.30-a nəzərdə tutulub. E.Quliyev deyib ki, həbs olunma ehtimalı var: "Məni həbs edə bilərlər".

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılmasını istəyir. İddiaya səbəb isə Eldəniz Quliyevin yol polisinin qanunsuz əməlləri barədə yazdıqları olub. Kinodramaturq bir müddət əvvəl “facebook” səhifəsində Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən Eldəniz Quliyev naziri məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol