Menu

İrəvanda Paşinyan əleyhinə aksiya - Bir qrup müxalifətçi avtomobil yürüşü keçirib

24.01.2021, 13:57
İrəvanda Paşinyan əleyhinə aksiya  - Bir qrup müxalifətçi avtomobil yürüşü keçirib

Ermənistan müxalifəti İrəvanda ölkə hakimiyyətinə qarşı itaətsizlik aksiyası çərçivəsində avtomobil yürüşü keçirir. Bu barədə  Ermənistan mətbuatı xəbər verib.

Avtomobil yürüşünə qatılan kiçik bir qrup Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər. Aksiyayaya qoşulanların sayının az  olması bir daha ermənilərin Paşinyanı dəstəklədiyini göstərib 

Xatırladaq ki, müxalifət ötən bazar günü də paytaxtda həmçinin avtomobil yürüşü keçirib. Aksiyanın iştirakçılarından biri polis tərəfindən saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol