TARİX ÖYRƏTMƏKDƏN ƏL ÇƏKİB TARİX YAZMAĞA GEDƏN ŞƏHİDİMİZ... - Adını tarixin qızıl səhifəsinə həkk etdi + VİDEO

44 günlük Vətən Müharibəsində tarixə qızıl hərflərlə həkk olunanlardan biri də kapitan Elnur Cəbrayılov oldu.  Ehtiyatda olan zabit, ixtisasca tarix müəllimi idi Elnur Cəbrayılov. Orta məktəbdə tarix dərsi deyirdi şagirdlərinə.

Lakin vətənə olan sevgisi onu daha da irəli apardı. Hərbçi olmaq qərarına gəldi və orduya yollandı.

Düzdür, bu yol kapitan Elnur Cəbrayılov üçün o qədər də asan olmadı. Xüsusilə də anası Elnurə xanım oğlunun hərbiyə getməsinə o qədər də razı deyildi. Lakin kapitan öz israrı ilə anasını da razı sala bildi.

Vətənə olan sevgisi qəhrəmanımızı əlinə silah alıb düşmənlə üz-üzə dayanmağa apardı. Hərbçilik dönəmində ancaq ön cəbhədə xidmət edib Elnur Cəbrayılov. Bu müddət ərzində bir çox əməliyyatlarda iştirak edib.

Aprel döyüşlərində Lələ Təpə yüksəkliyinin işğaldan azad edilməsi istiqamətində keçirilən döyüşlərdə qəhramanlıqla vuruşub. Daha sonra iyul döyüşlərində iştirak edib. Aprel savaşında göstərdiyi qəhramanlığa görə Mdüafiə Nazirliyindən xüsusi Təşəkkür alır və yeni rütbə ilə təltif olunur.

27-sentyabr Vətən müharibəsi başlayan gündən isə əks-hücum əmrini şərəflə yerin yetirir. Füzuli rayonunun işğaldan azad edilməsi istiqamətində düşmənin ilk müdafiə səddini yaranlardan və düşmən səngərinə girən ilk hərbçilərimizdən olur.

Hücum əmri uğurla ilə yerinə yetirilsə də, kapitan Elnur Cəbrayılov şəhidlik zirvəsinə ucalır. Qələbə gününü görmək ona qismət olmadı.

Lakin Vətən müharibəsində qazanılan qələbəni bir Azərbaycan vətəndaşı kimi onun övladları gördü. Elnur Cəbrayılovdan iki oğul yadigar qalıb. Şəhid kapitanımız ölümündən sonra Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan xalqı kapitanı ona layiq şəkildə böyük ehtiramla uğrunda canından keçdiyi vətən torpağına tapşırıb.

635x100

Şərhlər

Xalq 2021-01-24 19:33:50

Allah şəhidimizə rəhmət eləsin!

Rüstəm Qalib oğlu Nəbiyev 2021-01-24 14:56:33

İsmayıllı şəhər 3 saylı lisey məktəbin tarix müəllimi Famil Ağaəhməd oğlu Əhmədov da məhz tarixi öz qanı ilə yazan tarixçilərdəndir. Mənim sinif rəhbərim idi. Mən onun əməyi sayəsində ali məktəbə qəbul oldum, o isə ŞƏHİD oldu. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Bizim əziz, mehriban, dəyərli, vətənpərvər müəllimimiz FAMİL müəllimə də. AMİN!

Son yazılar