ŞƏHİD POLKOVNİK- LEYTENANT DƏFN EDİLDİ - FOTOLAR (Yenilənib)

4 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşaraq itkin düşən, dünən isə şəhid xəbəri gələn tabor komandiri, polkovnik-leytenant Atəm Əliyevin nəşi doğulduğu Ağdaş rayonunun Abad kəndinə gətirilib.  Oxu.Az xəbər verir ki, şəhidimizlə vida mərasimi keçirilib.

O, Abad kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlu 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan ordusuna həsr edib.

Vətən müharibəsində taboru ilə birlikdə Murovdağdakı bir çox yüksəkliklərin alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşüb.

Ailəli və iki övladı var idi.

***

44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun daha bir itkin düşmüş hərbçisinin şəhid olduğu dəqiqləşib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan tabor komandiri, polkovnik-leytenant Atəm Əliyevin nəşi tapılıb.

Polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlu 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib.

Vətən Müharibəsində taboru ilə birlikdə Murovdağdakı bir çox yüksəkliklərin alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşmüşdü.

Ailəli və iki övladı var idi.

635x100

Şərhlər

Fuad 2021-01-25 16:30:59

ALLAH TAALA RƏHMƏT ELƏSIN ALLAH TAALA SƏBR VERSIN

Xalq 2021-01-24 19:57:44

Allah şəhidimizə rəhmət eləsin! Məkanı cənnət olsun! Evladları sağ olsun!

Rustəm 2021-01-24 15:15:12

Allah qəni - qəni rəhmət etsin qəbri nurla dolsun.

Son yazılar