ABŞ-da son sutka ərzində daha 169 min 935 nəfər yeni növ koronavirusa (COVİD1-9) yoluxub. Virtualaz.org bildirir ki, məlumatı Con Hopkins Universiteti yayıb.
Qeyd olunub ki, ötən 24 saatda COVİD-19-a yoluxmuş 3 min 292 nəfər vəfat edib. Beləliklə, ABŞ-da koronavirusa yoluxanların sayı 25 milyon nəfərə çatıb, ölənlərin sayı 417 min nəfəri keçib.


Şərhlər