Menu

Keçmiş köçkünlər xüsusi proqramla dədə-baba yurdlarına qaytarılacaq

25.01.2021, 21:38
Keçmiş köçkünlər xüsusi proqramla dədə-baba yurdlarına qaytarılacaq

"İşğaldan azad olunmuş ərazilərin bərpası məsələləri dövlət orqanlarının dövlət siyasətinin müxtəlif istiqamətləri üzrə fəaliyyətində prioritet təşkil etməli, cari və perspektiv işlər Böyük Qayıdış planları ilə əlaqələndirilməlidir".

"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən deyib.

Onun sözlərinə görə, keçmiş köçkün əhalimiz öz dəbə-baba yurdlarına qaytarılmalıdır: "Bu proses xüsusi proqram əsasında həyata keçirilməlidir".

Şərhlər

Xalq 2021-01-25 23:39:36

Əvvəlcə minalardan ərazilər təmizlənməlidir! Sonra ev tikintisinə başlamaq olar inşaallah!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol