RAMİN QULUZADƏ VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Prezident yeni nazir təyin edib +FOTO

Quluzadə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident digər sərəncamla Rəşad Nəbi oğlu Nəbiyevi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edib.

Qeyd edək ki, Rəşad Nəbiyev indiyədək “Azərkosmos” ASC-nin sədri vəzifəsində işləyirdi.  Prezident İlham Əliyev bu gün onu “Azərkosmos” ASC-nin sədri vəzifəsindən azad edib. 

Müvafiq sərəncamlar Prezidentin rəsmi saytında dərc olunub.

635x100

Şərhlər

M.Qocayeva-Şəki 2021-01-29 15:38:01

Сənab Naziri təbrik edirəm və nazirlik fəaliyyətinə uğurlar arzulayıram.

rabitəçi 2021-01-29 13:15:37

Əli Abdullayev, elmir Vəlizadə nazirlikdən getməsələr rabitə düzəlməyəcək...

M.Aslanlı 2021-01-29 11:58:01

Cənab Nazir, Şəki Poçtu dözülməz vəziyyətdədir.. Rəisi və müavini xəstədirlər istədikləri vaxt gəlirlər, istədiklər vaxt işdən gedirlər.. 65-yaşı bitənləri işdən azad edirlər, ancaq rəis və müavinin 80-yaxın yaşları olmaqlarına baxmayaraq işdən azad edən yoxdu... Poçtu ailə sülaləsinə döndəriblər.. Xahiş edirik tədbir görəsiniz...

ejder 2021-01-28 08:32:28

ye,daqit,vezifeni boyutsunler,inkiwaf ele,malades

Rabitəçi 2021-01-27 19:27:17

Cənab Naziri təbrik edirəm və uğurlar arzu edirəm. Xahiş edirəm ki, rabitədə yaranmış özbaşnalıqlara son qoysun, xüsusilə Azərpoçtda.. Hardan qovulan varsa Azərpoçtda yerləşdiriblər, onlardan biri rəsul Bayramovdur..

işdən azad olunmur ? 2021-01-27 17:03:04

Şəki sakini başçıya dəfələrlə müraciət etdiyini deyir, amma... - "Biz bu ölkənin vətəndaşı deyilik?" ..

Arif Əliyev rabitəçi 2021-01-27 14:37:45

Vətəndaşa qardaş umud edək dediyiniz kimi olmasın,ən azından Rəşad müəllim savadlı və öz düşüncəsi öz iradəsi olan insandır,Raminlə onun arasında yerlə göy arasında fərq var,artıq bu nazirliyə özlərini təyin etdirmiş bəzi kadırlar əvvəlki kimi at oynada bilməyəcəklər,bir sözlə özlərin suda batmaz,odda yanmazdan gələnlər artıq qısa zamanda bir çay qaşığında boğula,bir speçka çubuğunda yanıb kül ola bilərlər.

İ.İmamov - Şəki 2021-01-27 10:41:10

Yeni nazir Rəşad Nəbiyev peşəkar maliyyəçi - rabitəçidir . O qısa müddət ərzində öz xidmətləri ilə Rabitənin əvvəlki nüfzunun özünə qaytarılmasına nail olacaq, Rabitəmiz inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutacaqdır. Rəşad müəllimə uğurlar arzu edirəm !

Vətəndaş 2021-01-26 21:02:05

Yetər getdi betər gəldi R.Nəbiyevdə öz adamlarıdı.Yenədə hərə işin öz ampulasında davam etdirəcək

Arif müəllim. 2021-01-26 19:24:30

Rəşad Nəbiyevin xəmiri rabitə ilə yoğrulub. Rabitədə yaranmış neqatif halların qarşısını alacaq, yəqinki Əli Abdullayevdə tezliklə rabitədən uzaqlaşacaqdır.....?

Rabitəçi 2021-01-26 16:01:57

Ramin Quluzadə Rabitəni Kolxoz İdarəsinə döndərmişdi, vaxtında verilən sərəncamdır....

Rabitəçi 2021-01-26 15:45:48

Ramin Quluzadə Rabitəni Kolxoz İdarəsinə döndərmişdi, vaxtında verilən sərəncamdır....

Rabitəçi 2021-01-26 13:59:27

Cənab Prezidentimə öz dərin minnətdarlığımı bildirirəm.

Arif Əliyev rabitəçi 2021-01-26 13:55:59

Şükür Allahın varlığına ....ı,Əsas onu 1-ci müavini Əli Abdullayevdir görəsən onun talehi necə olacaq bu nazirlikdəki bütün neqativliklərin başında O,dururdu.

Famil 2021-01-26 13:20:23

mənçə heç nə ilə yadda qalmadı. Ümid edək ki, yeni nazir xalqımız, dövlətimiz üçün daha faydalı olacaq!

Son yazılar