Xırdalanda dağıntılar altında qalan uşağın meyiti tapılıb - FOTOLAR
Baxiş sayı:
Dərc olunub:
26/01/2021 - 15:31
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlikdən "Report"a bildirilib ki, dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Uşaqların ölümü FHN-nin səhlənkarlığı ucbatından baş verib.Başqa ölkələrdə həmin körpələri dağıntılar altından sağ-salamat çıxarardılar.Axtarış işlərinin ekskovatorla kor-koranə aparılması körpələrin həyatını xilas etməyə imkan verə bilməzdi.Burda peşəkar xilasedicilərə ehtiyac var idi.