Beynəlxalq Bank 15 milyon manat cərimələnib? - Vergi Xidməti tərəfindən...

2020-ci ildə Dövlət Vergi Xidməti Azərbaycan Beynəlxalq Bankını (ABB) 15 milyon manat cərimələyib.

Məlumatlı mənbədən "AzPolitika.info"-ya verilən məlumata görə, buna bankın fəaliyyətində müvafiq qanunverciliyinin pozulması halları səbəb olub.

Bu barədə ABB-yə ünvanladığımız soruğu nə təsdiq, nə də təkzib edilib.

Xatırladaq ki, Bank ötən il büdcəyə 150 milyon manat divident, 53 milyon manat vergi ödəməklə sektorda ən yüksək göstəricilərdən birinə imza atıb.

2020-ci ildə ABB-nin xalis mənfəəti 129.4 milyon manat olub. Büdcəyə ödənilən divident isə bu rəqəmdəm 20.6 mln. manat artıqdır.

Yəni ABB faktiki qazandığından daha çox vəsait ödəyib ki, ekspertlər bu məbləğin avans formasınada büdcəyə köçürüldüyü qənaətindədirlər. Maraqlıdır, Bank ödhəliklərindən daha artıq ödənişlər etsə də Dövlət Vergi Xidmətinin cəriməsindən yaxa qurtara bilməyib.

Xatırladaq ki, ABB-nin gəlirləri pandemiya və iqtisadi şərtlərin ağırlaşması səbəbindən 2019-cu illə müqayisədə təxminən iki dəfə azalaraq, 374.8 mln. manatdan 182.8 mln. manata düşüb.

"AzPolitika.info"

635x100

Şərhlər

Vətəndaş 2021-01-26 19:25:06

15 milyard getdi nə oldu? 15 milyonla nə olacaq?

Rəşad 2021-01-26 16:02:31

Hörmətli redaksiya! Mənfəət 2020-ci il üzrə qeyd olunubsa il ərzində ödənilən dividend 2019-cu ilin mənfəətinə aiddir, Məlum olduğu kimi, 2019-cu ilin mənfəəti 250 mln yaxın olub. Xahiş edirəm məlumatı yoxlayıb dərc eliyəsiniz.

Rəşad 2021-01-26 15:58:47

Hörmətli redaksiya!

Son yazılar