RAMİN QULUZADƏYƏ YENİ VƏZİFƏ VERİLDİ - Sərəncam

Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, R.Quluzadə bundan əvvəl Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb. O, bu gün dövlət başçısının sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

635x100

Şərhlər

Rabitəçi 2021-01-30 23:21:12

Milliyə bu cütliklər təkcə Azərselə yox bütün rabitə sahəsinə böyük zərər vurdular,əsasəndə poçt sahəsinə daha çox zərər verdilər.

milli 2021-01-30 12:40:44

AZERCELİ PİS GÜNƏ QOYDU BU VƏ LEYLA

Ənvərqızı 2021-01-29 11:52:43

Çox maraqlıdır, Nazir işlədiyi dövrdə vətəndaşın haqlı şikayətinə belə baxmayıb.....Vətəndaşın PA ünvanladığı şikayətinə baxacaqmı ??

Arif Əliyev rabitəçi. 2021-01-28 23:14:42

Vətəndaş-a yaxşıki yazdığınız sahəni buna həvalə etməyiblər.Amma oranıda rabitədən betər günə qoyar.

Vətəndaş 2021-01-28 21:22:39

Vtəndaşın şikayətinə PA-da baxılmayacaq ?????

Arif Əliyevə 2021-01-27 19:31:21

Əli Abdullayev, Rəsul Bayramov rabitədən getməslər , rabitə düzəlməyəcəkdir.. Rabitəni keçmiş Kolxoz idarəsinə döndəriblər...

İ.Mustafoğlu 2021-01-27 10:35:09

Nazir işlədiyi dövrdə vətəndaşın haqlı şikayətinə əhəmiyyət belə verməyib, vətəndaşın dövlətə olan inamını qırıb, sosial narazılıqların artmasına şərait yaradıb......?

Azad 2021-01-26 21:38:27

Maraqı; təyinatdır. axı deyirdilər bu da...

Rabitəçi 2021-01-26 19:20:49

PA -da Rabitə naziri işlədiyi kimi işləyəcəksə.........................????????

Arif Əliyev rabitəçi 2021-01-26 18:04:27

Şükür Allahın varlığınaki,rabitəçilərin canı qutardı.

hərbi pensiyaçı 2021-01-26 16:03:01

Aztelekom məninlə 1024 kb san. müqavilə bağlayıb ancaq internet sürəti 15 kbsan çox deyil. buna kim nəzarət etməlidir? Rayon yerində alternativ xətt şəbəkəsi də yoxdur.

Son yazılar