Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 893,1 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 3,2% azdır.

Problemli kreditlər son 1 ildə isə 29,8% azalıb.

2020-ci ilin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edib. Bu nisbət 2019-cu ilin sonuna 8,3% olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar