Menu

"Xırdalandakı partlayışla bağlı araşdırma davam etdirilir" - Ruslan Əliyev

26.01.2021, 17:18
"Xırdalandakı partlayışla bağlı araşdırma davam etdirilir" - Ruslan Əliyev

"Abşeron rayonunun Xırdalan şəhərindəki 27-ci məhəllədə partlayış baş verən ikimərtəbəli evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir".

"Repor"tun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

"Hazırda mütəxəssislər Xırdalandakı partlayışla bağlı araşdırmanı davam etdirir. Ərazidən "Azəriqaz"a məxsus heç bir yeraltı qaz kəməri yerləşmir. Partlayış həyət evinin daxilində baş verib. Hadisəyə qaz sızması və yaxud balon qazı səbəb olub, o da məlum deyil. Bununla bağlı müvafiq qurumlar araşdırma aparır", - deyə o, qeyd edib.

Şərhlər

Eko 2021-01-26 22:23:38

hele bilmirsiz neden partlayib ? Bele tupoysuuuuz ?

Xalq 2021-01-26 19:18:35

bəlkə də partladılıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol