Koronavirusun istehsalata təsiri dəyərləndirilib

Koronavirus pandemiyasının fəsadları 2025-ci ilədək olan dövrdə dünyada istehsalat həcminin 22 trilyon ABŞ dolları azalmasına gətirib çıxaracaq. “Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) baş iqtisadçısı Gita Qopinat mətbuat konfransında bildirib.

“İqtisadiyyatın qismən dirçəlməsi nəticəsində 2021-ci ildə 150-dən artıq ölkədə, 2022-ci ildə 110-dək ölkədə adambaşına gəlirin 2019-cu ildəkindən az olacağı gözlənilir”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, IMF-nin yanvar hesabatında dünya ÜDM-nin cari ildəki artımına dair proqnoz əvvəlki hesabata nisbətən 0,3 faiz dərəcəsi artıraraq 5,5 faizə çatdıraraq 2022-ci ildə də 4,2 faizlik artım gözlədiyini açıqlayıb. 2020-ci ildə isə sözügedən göstərici 3,5 faiz azalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar