Qırğızıstanın sabiq baş naziri saxlanıldı

Qırğızıstanın keçmiş baş naziri Məhəmmədkalıy Abılqazıyev qanunsuz varlanmada şübhəli bilinərək saxlanılıb. “Report” xəbər verir ki, bu barədə “24.kg” agentliyi məlumat yayıb.

Məlumata görə, o, daha əvvəl sorğu-sual edilib. Bundan sonra ona qanunsuz varlanmada şübhəli bilinməsi haqqında xəbərdarlıq olunub.

Bundan başqa, Abılqazıyevin adı Kumtorun qızıl-filiz yatağı ilə bağlı işdə də hallandırılır.

Abılqazıyev hökumətə 2018-ci ildən 2020-ci ilin iyununa qədər başçılıq edib. O, ötən ilin 15 iyununda könüllü istefa verib. Baş nazir bu qərarını radiotezlik resurslarının yenidən tərtib etdirilməsi ilə bağlı cinayət işi üzrə hökumətin ünvanına səslənmiş ittihamlarla əlaqədar qəbul etdiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar