Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin deputatı Sadiq Qurbanov Şabran və Siyəzən rayonlarındakı məktəb direktorları ilə onlayn görüş keçirib. Görüşdə yaxın günlərdə məktəblərin açılması məsələləri müzakirə olunub.
“Şabran və Siyəzən rayonlarının Təhsil şöbələrinin müdirləri və məktəb direktorları ilə onlayn formatda görüşümüz oldu. Fevral ayının 1-dən məktəblərin açılması ilə əlaqədar tədrisə hazırlıq, mövcud problemlər və onların həlli istiqamətində fikir mübadiləsi apardıq”, - deputat bildirib.




Şərhlər
Sadiq müəllim ləyaqətli,dürüst, alicənab,əqidəli insandır və işgüzarlığı ilə fərqlənməlidir..