“Gunay Bank“ ASC Qarabağ Dirçəliş Fonduna dəstək oldu

“Gunay Bank“ ASC Vətən Müharibəsi zamanı müzəffər ordumuzun gücü ilə işğaldan azad edilmiş Vətən torpaqlarında hazırda dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Qarabağ Dirçəliş Fonduna 100 000 (yüz min) manat vəsait köçürmüşdür.

“Günay Bank” ASC daim Azərbaycanın milli maraqlarını rəhbər tutaraq dövləti və xalqı ilə birlikdədir.

Qarabağ Azərbaycandır ! 


Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə ölkə başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılmışdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar