Bu il pul köçürmələri azalacaqmı? - Göndərişlər pandemiyadan öncəki səviyyəyə qalxa bilər

Bu il miqrantlar tərəfindən pul transferləri pandemiyadan öncəki səviyyəyə qayıda bilər. “Reuters” agentliyi bunu yeni araşdırmaya istinadla yazıb. Dünya Bankı isə 2021-ci ildə inkişaf etməkdə olan ölkələrə göndərilən pulun daha da azalacağını proqnozlaşdırırdı.

Pulköçürmələr az və ortagəlirli ölkələrə xaricdən gələn maliyyənin əsas mənbəyidir. Koronavirus pandemiyası dövründə bu göndərişlərin azaldığı güman edilirdi.

Pul transferləri üzrə ixtisaslaşmış “Western Union” şirkətinin sifarişilə “Oxford Economics” şirkətinin hazırladığı hesabatda deyilir ki, bu il üçün pul göndərişlərinin perspektivləri qeyri-müəyyən qalır. Amma qabaqcıl iqtisadiyyatlar özünə gəldikcə, inkişaf etməkdə olan ölkələrin tələbatı artdıqca, bu il göndərişlər pandemiyadan öncəki səviyyəyə qalxa bilər.

Pandemiya dövründə Meksika, Əl-Salvador, Keniya, Pakistan, Banqladeş, Filippin, Şri-Lanka kimi ölkələrə pul köçürmələrin heç də azalmadığı bildirilir. “Böhran vaxtı adamlar qayğısını çəkdiklərini daha qətiyyətlə dəstəkləyirlər. İnkişaf etməkdə olan ölkələrdə vəziyyət ağırlaşanda pul göndərənlər iqtisadi təhlükəsizliyin ön xəttinə keçirlər”, – “Western Union”ın baş icraçı direktoru Hikmet Ersek hesabatla birlikdə yayılmış bəyanatda deyir.

Hesabatda pul göndərişlərinin gələcəkdə də azala biləcəyi vurğulanır, çünki sərhədlər açıldıqca pullar həm də qeyri-rəsmi kanallarla göndərilir. Üstəlik, 2020-ci ildəki kimi miqrant fəhlələrin axınında azalma davam edə bilər. Dünya Bankı oktyabrda 2020-ci il üzrə az və ortagəlirli ölkələrə göndərişlərdəki azalmanı 7 faizə saldı. Daha öncəki proqnoz 19.7% idi. Bank bu il üçün 7.5% azalma proqnozlaşdırırdı.

2019-cu ildə sözügedən ölkələrə pulköçürmələr 4.3% artmışdı. “Oxford Economics” bildirir ki, miqrant fəhlələrin olduğu 20 əsas ölkənin iqtisadiyyatı bu il güclənəcək. Bu baxımdan 2021-ci ildə pulköçürmələrdə böyük azalma baş verərsə, bu, iqtisadi tendensiyalarda qeyri-adi dərəcədə kəskin sapma demək olar.(azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar