Rəcəb Tayyib Ərdoğan İlon Mask arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın “SpaceX” şirkətinin rəhbəri İlon Mask arasında telefon danışığı baş tutub. Bu barədə “Anadolu” informasiya agentliyi məlumat yayıb.

“Telefon danışığı zamanı müxtəlif sahələrdə, o cümlədən kosmik texnologiyalar sahəsində Türkiyənin dövlət qurumları və özəl sektorunu təmsil edən şirkətlərlə “SpaceX” arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, cari ilin yanvar ayının 8-də “SpaceX” öz daşıyıcı raketi Falkon 9 vasitəsilə Türkiyənin Türksat 5A rabitə peykini orbitə çıxarıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar