Erməni hərbçilər Qarabağdan çıxarılır - "Ordu komandirlərinə belə əmr verilib”

“Ermənistan vətəndaşları artıq Qarabağda hərbi xidmət keçə bilməyəcəklər. Bu, siyasi razılaşmanın nəticəsidir. Ordu komandirləri verilən əmri yerinə yetirir, onlara belə əmr verilib”. 

Bu barədə erməni hərbi-siyasi analitik Hayk Naqapetyan nəlumat verib.

Onun sözlərinə görə, Qarabağdakı erməni hərbçilər çıxarılır: “Bu hərbçilər Ermənistana gəldikdən sonra geri qaytarılmır. Digər tərəfdən, Ermənistandan Qarabağa getmək istəyənlər də Azərbaycan Ordusunun nəzarətindəki yollardan keçməlidir. Misal üçün, kimsə getmək istəyirsə, Gorus yolundan keçməlidir, hərçənd burada bir çox ərazi Azərbaycanın nəzarətindədir. Əslində Ermənistandan Qarabağa gedən hansısa hərbi nəqliyyatın, yaxud personalın hərəkəti də Azərbaycanın nəzarətindədir”.

Erməni analitik qeyd edir ki, Qarabağda hər şey Azərbaycanın nəzarətindədir: “Bu baxımdan, Ermənistandan hərbçiləri, yaxud Ermənistana qayıdan hərbçiləri ora göndərmək mümkün deyil”.

(hit.az)

635x100

Şərhlər

Mehdi 2021-01-28 12:02:22

Biri yazir ermeni herbiciler cixarilir,o biri yazir ermeni herbiciler artir, bir basqasi yazir 5000 rus herbicisi gelib,biri yazir 7000 ev tikilir,o biri yazir yalandi..Bəsdirindəə.

Son yazılar