“Günay Bank” ASC ötən ili uğurla başa vurub

“Günay Bank” ASC ötən ilin yekunları ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. Hesabatdan məlum olur ki, 2020-ci ilin əvvəlindən bugünə qədər davam edən pandemiya, həmçinin il ərzində yaranmış digər ciddi vəziyyətlərin iqtisadi durumla bağlı yaratdığı çətinliklərə baxmayaraq “Günay Bank“ ASC ötən ili uğurla başa vurmuşdur.

İlkin olaraq hesabatdan məlum olur ki, qeyd olunan dövr ərzində Bank 408 min manat mənfəət əldə etmişdir.

Belə ki, ümumi aktivlər də 29,2 milyon - yəni 215.8 mln-dan

245 mln manata yüksəlmişdir.

Dövrün sonuna nağd pul vəsaitləri 18.9 mln-dan, 20.9 mln-a çataraq 2 milyon manat artmışdır.

Eyni zamanda məcmu kapital 0.7 milyon artaraq, 64.2 mln manatdan, 64.9 mln manata çatmışdır.

Ümumi kredit portfeli isə 165.9 mln-dan 193.1 mln-a yüksəlmiş və nəticədə 27.2 mln manat artımla nəticələnmişdir.

“Günay Bank“ ASC tərəfindəntəqdim olunan illik hesabata ümumən nəzər salsaq, belə qənaətə gəlmək olar ki, Bank öz fəaliyyətində müsbət tendensiyasını davam etdirməyə, mövcud durumun problemlərinə rəğmən 2020-ci ili mənfəətlə başa vurmağa nail olmuşdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar