“Rosselxoznadzor” Azərbaycana buğda tədarükünə razılıq verib

Bu ilin yanvarında Rusiyanın Veterinar və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Çuvaş Respubliakası və Ulyanovsk vilayəti üzrə İdarəsi ümumi çəkisi 1 140 ton olan ərzaq buğdası partiyalarına fitosanitar nəzarət həyata keçiriblər.

“Report”un məlumatına görə, bu barədə “Rosselxoznadzor”un rəsmi saytında bildirilib.

Məlumata görə, bu karantin məhsulları dəmir yolu ilə Azərbaycana ixrac edilməsi üçün nəzərdə tutulub. Bu məhsulu göndərən isə Ulyanovsk vilayətinin (Dimitrovqrad şəhəri) kənd təsərrüfatı müəssisəsi olub.

“Rosselxoznadzor”un İdarə mütəxəssisləri karantinə alınan məhsullarda yoxlama aparıblar və laboratoriya tədqiqatları üçün nümunələr götürüblər.

"Tədarükçü karantinə alınmış məhsulların karantin-fitosanitar vəziyyətinə dair nəticələr daxil olmaqla bütün sənədlər paketini təqdim edib. Buğda məhsulları idxal edən ölkənin tələblərinə cavab verir. Yoxlanılan yük üçün fitosanitar sertifikatları verilib", - məlumatda deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar