AŞPA Rusiya nümayəndə heyətinin sessiyada iştirakına icazə verdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə dair qətnamə qəbul edilib.

"Report"un Fransa bürosu xəbər verir ki, sənədə əsasən, Rusiya nümayəndə heyəti qurumun sessiyalarında iştirak edə biləcəklər.

Qətnamə avstriyalı deputat Stefan Şennak tərəfindən hazırlanan hesabat əsasında qəbul edilib.

Sənəddə Rusiya ilə AŞPA arasında insan hüquqları və digər məsələlərin yaxşılaşdırılması məqsədilə dialoqun davam etdirilməsi tövsiyə olunur. Rusiya Federasiyası ona verilmiş tövsiyələrin həyata keçirilməsi məqsədilə əsaslı tədbirlər görməyə çağırılır.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməmişdi.

635x100

Şərhlər

"REPORT"a 2021-01-28 16:12:26

On milyonluq Azərbaycan əhalisi, xüsusilə iki milyon qaçqın ailəsi AŞPAdan və elə Reportdan Dağlıq Qarabağ Hərbi İŞĞALından tam azadlığına və 30 ildən sonra viranə edilmiş öz doğma mülklərini qovuşmaqda qəti hüquqi-maddi-mənəvi dəstək gözləyirlər? Əks halda dünyada heç bir hüquq və ədalət yox, cinayətlər dəstəklənir?

Son yazılar