Serj Sarqsyan koronavirusa yoluxub

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan koronavirusa yoluxub.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, o, yanvarın 17-dən karantindədir. Virusa yolxuduğu üçün Serj Sarqsyan bütün görüşləri təxirə salıb və yanvarın 28-də hərbçilərin qəbiristanlığına getməyib.

Xatırladaq ki, Serj Sarqsyanın həyat yoldaşı Rita Sarqsyan noyabrın 20-də 58 yaşında koronavirusdan ölüb. Rita Sarqsyan koronavirusa yoluxmuşdu. O, noyabrın 16-da Yerevandakı klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. R.Sarqsyanı daha sonra ağır vəziyyətdə Almaniyaya aparmışdılar. Serj və Rita 1983-cü ildə evləniblər. Onların iki qızı, 5 nəvəsi var.

635x100

Şərhlər

Veteran 2021-01-29 15:15:48

Cəhənnəmə yoluxsun.

Son yazılar