Menu

BMT Qarabağa missiya göndərəcək

28.01.2021, 17:38
BMT Qarabağa missiya göndərəcək

BMT Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyası göndərəcək.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Dağlıq Qarabağda görülən işlərə profilli beynəlxalq strukturların qoşulmasını yararlı sayırıq. Hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağ və ona bitişik bölgələrdə fəal iş aparır. BMT-nin ixtisaslaşmış agentliklərinə gəlincə, qurum rəhbərliyi Azərbaycan və Ermənistanla əlaqə saxlayır və Dağlıq Qarabağa hərtərəfli qiymətləndirmə missiyasının göndərilməsi üçün danışıqlar aparır”, - XİN sözçüsü vurğulayıb.

Şərhlər

"XALQ"a 2021-01-28 22:16:57

Mandatınız mübarək olsun! Həmin partanın üzvüsünüzmü? BMT, onun TŞı, MQ görəsən, bu dəfə Azərbaycanı, Dağlıq Qarabağın onun olmasını tanıyıb, oraya Azərbaycandan gedəcəkmi?

Xalq 2021-01-28 20:35:42

BMT keçən 30 ildə heç bir missiya göndərmədi, indi birdən-birə missiya göndərmək qərarına gəldi? Heç bu missiyadan gözüm su içmir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol