RAMİZ MEHDİYEVDƏN DAHA BİR QEYRİ-ADİ TƏYİNAT - Sabiq deputatı baş direktor təyin etdi

Milli Məclisin keçmiş deputatı, texnika elmləri doktoru Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.

Trend-in məlumatına görə, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

Elton Məmmədov bu təyinata qədər AMEA-nın İşlər idarəsinin müdiri olub.

Qeyd edək ki, AMEA Prezidenti Ramiz Mehdiyevin sahə üzrə uzun illər tədqiqat aparmış, işləmiş alimləri kənarda qoyub, keçmiş deputatı Radiasiya Problemləri İnstitutuna baş direktor təyin etməsi onun sabiqləri öz  ətrafına topladığına dair fikirləri təsdiqləyir. Maraqlıdır, məqsədi nədir?

"AzPolitika.info"


635x100

Şərhlər

Elimlər namizədi arif 2021-01-29 02:36:23

Ramiz mextiyevin iki təyinatı yerində olan və lazımlı təyinat oldu Arif Həşimov Əli Abbasov qalanını apar tulla özü kimi hecnəyə yaramırlar

Ay Şərhçilər 2021-01-29 01:53:33

Nə ixtisas, savad salmısınız. Milyonerlər vəzifədə olmalıdır ki, milyonlar yuxarı, xaricə buxarlanıb qonsunlar! Yoxsa, iki-üç milyon ailəni milyoner, ya on milyon əhalini doyuzdurmaq heç də mümkün deyil?

OXUCU 2021-01-29 00:55:30

AY ƏZRAYIL GƏL ÇIX DA,BUNLARIN ƏLACI ANCAQ SƏNSƏN.

ejder 2021-01-28 23:57:29

aye,illerdi ele ramiz azerbaycani bele idare edirdi de,nevar ki,

Mahir 2021-01-28 23:51:52

Heç sizlərdə utanan sifət olmadı daa. Gözünüz doymadı . Görəsən elton radiasiyanın nə olduğunu bilir? Bir qəpiyə dəyməyən akademciklər.

Məhfum Məğzi 2021-01-28 22:08:15

Görünür, dost-tanış, qohum-əqrəba PRORİTETİ daim savad-ixtisas, təcrübə-səriştə dəyərlərini üstələyib xalq-dövlət mənafelərini daim üstələyəcək? Yeni rəhbər öncəkilərlə çalışa bilmirdisə niyə vəzifəyə razılaşırdi? Heç bir məmuru sanki, heç bir işin nəticəsi yox, yalnız özünə sadiq canlı olsun? ona sadiq

Mehdi 2021-01-28 21:55:26

O vəzifələrə onun ixtiyari yoxdur kimisə qoysun cixartsin.Həmin vəzifələrin hamisi bilavasitə birbasa prezidentin isidir.O vəzifələrə adamlari hörmətli prezident təyin etmelidir.

ELSAD 2021-01-28 21:36:22

Yahu kardesim bu AMEA-da neler varmis neler...AZPOLITIKA her gun struktur kadr deyisikllerinden xeber verir qurtarmir ki qurtarmir...Sanki dovlet icinde bir dovlet.Direktorlar muavinleri muavinlerinin komekcileri.Bunlarin elmi fealiyyetle mesgul olmaga zamani qalirmi ya...Teyinatlar isden cixart ise qebul et ve saire saire.Hmisinin da yuksek maaslari var yeqin...

vətəndaş 2021-01-28 21:33:32

Onun işi fəaliyyəti Şəki Elmi Bazasına təyin etdiyi kadrdan bəllidir ....

Tahir 2021-01-28 21:32:33

Ramiz Mehdiyev açıq acığına hakimiyyətə meydan oxuyur və görünən odur ki hakimiyyət onunla bacara bilmir.Yoxsa hakimiyyətə əxs olan qüvvələrə meydan verənl hər kim olsa cəzalanarda tək R.Mehdiyevdən başqa....

Vətəndaş 2021-01-28 21:25:25

Ramiz Mehdiyev və qohum-qardaşları,övladları dövləti vəzifə daşıyırlar..... Bu yaşda yüksək pensiya almasına baxmayaraq, vəzifəyə təyin olunubdur.....?

Sabir 2021-01-28 21:19:49

Yəqin Azərbaycanın nüvə silahını Eltonla Ramiz yaradacaq.

Vətəndaş 2021-01-28 21:18:25

Ramiz Mehdiyev və qohum-qardaşları,övladları dövləti vəzifə daşıyırlar..... Bu yaşda yüksək pensiya almasına baxmayaraq, vəzifəyə təyin olunubdur.....?

Roma 2021-01-28 20:28:22

Belə bir deyim var, "bütün yollar Romadan keçir"...

ayrım 2021-01-28 19:59:23

elton məmmədovun özü başdan ayağa radiasiya problemidi. onun dövlətimizə və respublika ərazisinə normadan dəfələrlə artıq traiasiyalı tullantılrı var mən öüm a qardaş bunlar ölübdə qurtarmir ki canımızda qurtarsın nə pandemiya nə də əzrayil bacara bilmir

Eli 2021-01-28 19:53:21

Bu müellimin qardaşı nazir mzğ de Eli Abbasov kimş Eldar Mahmudovdsn qorxmadı ve işini gördü inşdi vu adam niye institut direktoru işlemesin özü de bu vezife ona cemiyyefde guya ad qorumaq üçun lazımdır yox heç biznez üçğn de lazım deyil ele beld bekarçıluqdan nece ki ,aRamiz Mehdiyev bu yaşında millete konsert berir bu da solistlerden biridir K

Doğru 2021-01-28 19:44:54

Nə dünya, nə də vəzifə əbədi deyil.Amma vəzifə xəstəliyi insanların canından çıxmır.

Eli 2021-01-28 19:36:18

Bezi Milli bedbextlere ele gelir ki dünyanın axırıdır ve bunlar da mütleq son akkordları vurmalıdırlar.Ay qardaş bir düşünün daşının Sizlerden qat qat ağıllı olanlar çalışıblar Ad qoyub bu dünyadan köçsünler.Çünki insan bu dünyadan köçende ondzn yadigar bir şey qalır /Yaxşı ve ya Pis İnsan”vessalam.Özleibi bunlar neye göre yorurlar Adam bala düşe bilmir

Son yazılar