Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir. Qazaxıstan Respublikasında fəaliyyət göstərən "ТИМУР" fərdi sahibkar tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına “TechnicAz” MMC tərəfindən idxal olunan 650 ton soğan məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
AQTA-dan "Report"a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində məlum olub ki, məhsullarda nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır.
Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib.
Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.


Şərhlər
Pomidora qarşı soğan sanksiyaları... Onlar bizim pamıdorun yararsız olduğunu deyib və nəsə tapıb idxal etməmişdilər, biz də onların soğanında tapdıq... Əvəz əvəz oldu.
Ölkəmizdə o qədər savadlı düşüncəli məmurlar var ki, on illərdir hər kənd və ya şəhərdə, hər nəfər və ailəyə hava kimi hər gün su da, ərzaq da, təlim-təhsil də, pul da daxil hər şey yaşam gərəkdir və çıxdaş da hesablansa, azı iki dəfə çox? Bəs, bizim bostan-tərəzlərimizdə nə qədərdir? Toyuq ətinin çoxunu heç yemək olmur!
Yəqi ki soğanın qiyməti qalxar.! nud osoğan bizə yedizdirəcəklər.