“ÖZ HESABIMIZA TİKƏCƏYİK” - Elman Rüstəmovdan 218 milyon avroluq bina ilə bağlı maraqlı açıqlama

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurum üçün 218 milyon avroya yeni inzibati bina tikilməsinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, bu barədə onlayn keçirdiyi mətbuat konfrasında danışıb.

“Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik. Mənim bu bina ətrafında gedən müzakirələrdən xəbərim var. Onu qeyd edim ki, son 3 ildə dövlət büdcəsində 7,8 milyard manat vəsait köçürmüşük. Bu isə 250 milyon manat köçürməyi düşünürük”, - deyə o, qeyd edib.

"Xəzinəmizin böyük bir hissəsi Nərimanov rayonunda bir dalanda yerləşir. Bu isə heç bir tələbə cavab vermir. Ümumilikdə isə biz 3 ünvanda fəaliyyət göstəririk. Biznes prosesinin avtomatlaşdırılması üçün yeni bina tikməliyik. Bina 4-5 il ərzində hazır olacaq. Ondan sonra biz hazırda fəaliyyət göstərdiyimiz binaları dövlətə qaytaracağıq. Bu isə əhəmiyyətli aktivlərdir", - deyə E.Rüstəmov əlavə edib.

Qeyd edək ki, Elman Rüstəmovun 218 milyon avroluq (təxminən 450 milyon manatlıq-red.) yeni inzibati binanı "öz vəsaitimiz hesabına tikəcəyik" deməsi maraq doğurur. Düzdür Mərkəzi Bank publik şəxsdir. Amma bu o demək deyil ki, Mərkəzi Bankın əldə etdiyi gəliri Elman Rüstəmov cənabları hara istəyir, necə istəyir xərcləyə bilər!  

"AzPolitika.info"

635x100

Şərhlər

ejder 2021-02-03 08:10:16

YALAN DANIWANIN ATABATASINA LEHNET

vətəndaş 2021-01-30 20:00:31

Yəqinki maaşını yığıb üst üstə o pulla tikir

Xalx 2021-01-30 13:33:15

Öz hesabına deyəndə nəyi nəzərdə tutur - oğurladığı, şəxsi hesablardakı pullara tikəcək?.. Beləsə qoy tiksin...

t.ədalət 2021-01-29 19:16:49

Bu pul yarıbayarı mənimsəniləcək.Yeni tikintinin məqsədi də talançılıqdır.Ola bilməz ki,həmin pulu dövlətin hesabına köçürüb xalqı boş-boşuna edilən cərimələrdən qurtaraq?

BAKILI 2021-01-29 18:47:01

Ele daniwir dedesinin puludur

Hesabdar 2021-01-29 17:48:37

Bəli, dövlətin pulları azaldıqca, borclanma artdıqca, xalqın əksəri ərzaq zəhmətində dövlət iri qazanları hesabına eninə genişlənir və göyləri fəth edirlər-İDARƏ XƏRCLƏRİ həddini getdikcə, aşırlar?

Vəli 2021-01-29 17:31:57

Bunun gözü də piylənib

Hacıbala 2021-01-29 17:31:30

Görəsən bu bank dövlətə məxsusdur, yoxsa Elman Rüstəmova dədəsindən qalıb?

Vətəndaş 2021-01-29 17:07:08

Kiminsə atası-baba pulu deyil,xalqın puludur. Ya da ki artıq bu talançı qruppa xalqı heç veclərinə də almırlar. Öz mülkiyyətləri hesab edirlər

Qoca Molla 2021-01-29 16:26:39

Bütün dünyaya səpələnən, sayı-hesabı olmayan dollarların yiyəsi ABŞ-ın Mərkəzi Bankının miskin 3-4 mərtəbəli binasını görmüsünüzmü?

Son yazılar