Menu

Qızıl, pomidor, pambıq... – Qeyri - neft sektorunun ən gəlirli sahələri açıqlandı

29.01.2021, 17:16
Qızıl, pomidor, pambıq... – Qeyri - neft sektorunun ən gəlirli sahələri açıqlandı

2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (205.6 milyon ABŞ dolları) birinci, pomidor (201.4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (131.9 milyon ABŞ dolları) üçüncü olub.

“AzPolitika.info” verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında bildirilir.

Ümumiyyətlə, 2020-ci il ərzində meyvə-tərəvəz ixracı 607,7 milyon, pambıq lifi ixracı 133,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 113,4 milyon, kimya sənayesi məhsullarının ixracı 85,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 52,4 milyon, pambıq ipliyi ixracı 19 milyon, spirtli və spirtsiz içkilərin ixracı 12 milyon, şəkər ixracı 26,9 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 24,7 milyon, çay ixracı 9,5 milyon ABŞ dolları təşkil edib.

2020-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (26.7 milyon ABŞ dolları) birinci, qızıl (21.9 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (21.3 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.

“AzPolitika.info”

Şərhlər

Mühəndis B. 2021-01-29 20:28:38

Karbohidrogen hasilatı azaldıqca onu daha qızıl ehtiyatlar əvəz etməlidir! Pambıq, pomidor kimi məhsullar yeni konstruktiv-texnoloji yüksək rəqabətə malik məhsullar ixracaata hazırlanmalıdır. Bu işdə səriştəli elmi-texniki potensiala hədsiz ehtiyac duyulur?

t.ədalət 2021-01-29 18:57:58

Bunlar hamısı talançılara məxsus biznes sahəsidir.Onlardan dövlət büdcəsinə qəpik-quruş daxil olur.Azərbaycana iri sənaye müəssisələri,zavod və fabriklər yaratmaq lazımdır.Biznes kralları yaranmış vəziyyətdən istifadə edib ölkənin xammalını talan edirlər.Vaxtı ilə "Akkord" MTK-nın sahibi Zakir Qaralov evtikmədə torpaqlardan istifadə edib kərpic istehsal edirdi.Ancaq buna görə dövlətə pul ödəmirdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol