Menu

Rasim Məmmədovun vəkilindən açıqlama - "Ramiz Mehdiyevin kürəkəninin və oğlunun..."

29.01.2021, 17:48
Rasim Məmmədovun vəkilindən açıqlama - "Ramiz Mehdiyevin kürəkəninin və oğlunun..."

“Baku Steel Company” şirkətinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqov ilkin açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Sadıqov bildirib ki, Rasim Məmmədov Ramiz Mehdiyevin kürəkəninin və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub.

“Report”un xəbərinə görə isə, Rasim Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, Rasim Məmmədov onlardan birinin 4 milyon dollar, digərinin 3,5 milyon dollar pulunu mənimsəyib.

Rasim Məmmədovun digər vəkili Bəxtiyar Hacıyevdir.


Şərhlər

.EJDER 2021-01-30 00:19:23

aye,ramizin kassiri idi.oqrudan oqruya halaldu.analoqu olmayan inkiwafdu

KASIB 2021-01-29 19:59:56

Soruşan olacaqmı ki. ramiz mehdiyevin kürəkəni və oğlu 7.5 milyon dolları necə əldə ediblər

Bashirov Qarib 2021-01-29 18:17:54

Bu necə olan işdir? R.Məmmədov həmişə fəxr edirdi ki, atam Ramiz Mehdiyevdir.Mənə mənəvi atalıq edir. Şirin dili ilə onlara qarşı dələduzluqlar edirmiş.Olduqca şizofrenik bir tipdir, bu Rasim.

Roma 2021-01-29 18:14:33

Bunlardan soruşan gərək, bəs sizdə 4+3.5=7.5 milyon haradan?..mənim yaşım 63 yaşım var, ali təhsilliyəm, müəyyən vəzifələrdə işləmişəm, heç 2-3 min manatım yoxdur, xəstələndim dava-dərmana gücnən pul tapdım, bunlar milyonların davasını eliyirlər...Belələrini Vətən maraqlandırmaz...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol