Menu

Bakı-Qazax yolunda mikroavtobus yük maşını ilə toqquşub

29.01.2021, 21:55
Bakı-Qazax yolunda mikroavtobus yük maşını ilə toqquşub

Goranboy rayonunda ağır yol qəzası olub. "Report"un Qərb mərkəzinin məlumatına görə, mikroavtobusun yük maşınına çarpılması nəticəsində 1976-cı il təvəllüdlü, Şəmkir rayon sakini Hikmət Əhmədov hadisə yerində dünyasını dəyişib.

Daha iki nəfər - 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı və onun övladı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol