Oktyabrın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiyaya qarşı düşmən münasibətinə görə Moskva Qərblə birbaşa qarşıdurmadadır.
Moskva hesab edir ki, qlobal sabitliyin qorunması üçün birgə beynəlxalq səy göstərilməlidir.
Xəbəri "New Europe" yayıb.
Lavrov bu bəyanatından əvvəl ABŞ-la münasibətlərin yenidən qurulmasını və gərginliyin azaldılması üçün bir sıra tədbirlərin görülməsini təklif etmişdi.
"Qərbli tərəfdaşlarımızın düşmən münasibəti Rusiya və Qərb arasında birbaşa qarşıdurmaya gətirib çıxarıb", - Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun jurnalına müsahibəsində bildirib.
"Rusiya beynəlxalq məsələnin həllinə öz töhfəsini verməyə hazırdır, lakin qarşılıqlı hörmət və hüquq bərabərliyi olmalıdır", - "Ria Novosti" agentliyi Lavrova istinadən xəbər verib. Diplomat bildirib ki, Ukrayna böhranı, "İŞİD", İsrail-Fələstin münaqişəsi və Əfqanıstandakı qeyri-stabilliyin səbəb olduğu qlobal böhranı yalnız birgə səylə aradan qaldırmaq olar. O deyib ki, Moskva həmişə olduğu kimi maraqları müdafiə etmək üçün öz əməkdaşları ilə razılığa gəlməyə çalışır. Öz xarici siyasət prinsipinə əsasən, Rusiya milli maraqlarını və əməkdaşlarının hüquqi maraqlarını müdafiə edən sazişlərə yönəlib.
Qərbi günahlandıran Lavrov Ukrayna böhranının beynəlxalq böhrana səbəb olduğunu, bunun mənfi təsirinin hələ uzun müddət qalacağını bildirib. "Ukraynada baş verənlər tamamilə yeni meyllərin təzahürü deyil, Qərb əməkdaşlarımızın uzun müddət Rusiya əleyhinə apardıqları siyasətin kuliminasiya nöqtəsidir", - o deyib.

Şərhlər