Menu

Rusiyada son sutkada 18 mindən çox yoluxma qeydə alınıb

31.01.2021, 12:05
Rusiyada son sutkada 18 mindən çox yoluxma qeydə alınıb

Rusiyada son bir gündə daha 18 359 nəfərə COVID-19 diaqnozu qoyulub. “Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 850 439 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 485nəfər artaraq 73 182-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 300 004 nəfər sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol