İslahatlardan danışarkən, bunun ən çox zəruri olduğu sahələr sırasında hüquq-mühafizə, məhkəmə orqanlarının adının çəkilməsi təsadüfi deyil. Uzun illər kobud qanun pozuntuları ilə müşayiət olunan haqsız həbslər, rüşvət, korrupsiya faktları, ağlasığmaz məhkəmə qərarları və s. bu sahə üçün adi hallar olub. Doğrudur, son illərdə aparılan bəzi kadr islahatları ciddi dəyişikliklərin olacağına dair müəyyən ümidlər yaratsa da, görünən odur ki, hələ bu strukturlarda görüləcək çox iş var...
Bir neçə gün əvvəl İsmayıllı rayonunun sabiq prokuroru, 2018-ci ilin noyabrında vəzifədən sui-istifadədə və rüşvət almaqda təqsirli bilinərək həbs edilən və 9 il müddətinə azadlıqdan məhrum olunan Ülvi Abbasovun barəsində Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun (Bu hakim bu yaxınlarda koronavirusdan vəfat edib-red.) sədrlik etdiyi məhkəmə heyəti tərəfindən bəraət qərarının çıxarılıdığı məlum oldu.
Xatırladaq ki, prokuror həmin vaxt Göyçayda körpünün uçması və çay yatağında qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı aparılan iş çərçivəsində həbs olunmuşdu. Mətbuat və ümumilikdə cəmiyyətimiz nədənsə bu ilginc hadisəyə ciddi diqqət yetirmədi və adekvat reaksiya vermədi. Unutmayaq ki, söhbət İsmayıllı kimi böyük bir rayonun prokurorun, dövlət ittihamçısının həbsindən gedir. Və normalda bu həbs və sonrakı bəraət qərarı hüquq-mühafizə, prokurorluq və məhkəmə sistemi üçün utandırıcı, hətta biabırçı bir hadisə sayılmalıdır. Niyə?

Ülvi Abbasovun həbsi və bəraəti Azərbaycan reallıqları nəzərə alındıqda yalnız iki ssenari üzrə cərəyan edə bilərdi. Birinci ssenariyə görə, prokuror hakimiyyətin yuxarı eşalonlarında kimlərinsə sifarişi əsasında, hansısa kampaniya çərçivəsində, yaxud kimlərinsə xoşuna gəlmədiyi, sifarişini yerinə yetirmədiyi üçün şərlənərək, üzünə yalançı şahidlər qoyularaq, qanunsuz şəkildə həbs olunub. Ardınca da məhkəmə yenə sifariş əsasında qərəzli qərar çıxararaq, prokuroru 9 il kimi böyük müddətə azadlıqdan məhrum edib.
Ü.Abbasovu şəxsən tanımırıq, lakin onu tanıyanların bir çoxu deyir ki, kifayət qədər dürüst və peşəkar kadr olub. Bu mənbələr əmindir ki, Ü.Abbasov məhz şərlənərək həbs olunub. Nə bu deyilənləri, nə də bunun əksini iddia etmədən, sadəcə güman etmək olar ki, bu halda öz günahsızlığına əmin olan və təbii ki, qanunları, hüququ və hüquq-mühafizə sistemini yaxşı tanıyan sabiq prokuror sona qədər mübarizə aparıb və layiq olduğu bəraət qərarına nail olub...
İkinci ssenariyə görə isə həqiqətən Göyçay rayonunda məlum körpünün uçması hadisəsindən sonra rüşvət, korrupsiya, səlahiyyət həddini aşma kimi cinayət əməllərinə yol verildiyi üzə çıxıb və haqlı olaraq, prokurora qarşı cinayət işi açılaraq, həbs edilib. Ardınca da məhkəmə yenə haqlı olaraq obyektiv araşdırma aparıb və Ü.Abbasova layiq olduğu ağır cəzanı kəsib. Lakin sonradan sabiq prokuror hansısa əlaqələrini, əgər varsa, yuxarı eşalondakı dayaqlarını və məlum maddi məsələləri işə salaraq, ona lazım olan bəraət qərarının çıxarılmasına nail olub. Onu da nəzərə alaq ki, bu qərarı çıxaran hakim İnqilab Nəsirov mətbuat və müxtəlif QHT-lər tərəfindən heç də ölkənin ən obyektiv və ədalətli hakimi kimi təqdim olunmur...
Qeyd etdiyimiz bu ssenarilərdən başqa sabiq prokurorun cinayət işinin və məhkəməsinin real gedişini ifadə edəcək üçüncü variant yoxdur. Deməli, ya şərlənərək həbs olunub və günahsızlığını sübut edərək, sonradan bəraət ala bilib, ya da həqiqətən cinayət törədib, lakin sonradan məlum yollarla barəsində bəraət hökmünün çıxarılmasına nail olub. Məsələ ondadır ki, hansının baş verməsindən asılı olmayaraq, bu variantların hər ikisi hüquq-mühafizə sistemimizin necə acınacaqlı durumda olduğunu göstərir. Onu da nəzərə alaq ki, bu adam sıravi polis, məhkəmə, yaxud ədliyyə işçisi deyil, İsmayıllı kimi böyük bir rayonun prokuroru, dövlət ittihamçısı olub. Və əgər bu ölkədə bir rayon prokuroru şərlənərək həbs edilə bilirsə, görün sıravi vətəndaş hansı vəziyyətdədir və nə dərəcədə müdafiəsizdir. Yaxud, əksinə, bir rayon prokuroru ağır cinayət törətdiyi üçün həbs olunsa da, sonradan hansısa qaranlıq yollarla nəinki azadlığa çıxa, hətta bəraət də ala bilirsə, deməli cəzasızlıq səviyyəsi maksimum həddədir...

Məlum məsələdir ki, bu ranqdakı dövlət məmurunun istər təyinatı, istər işdən azad olunması, istərsə də xüsusilə həbsi hakimiyyətin yüksək eşalonlarında, ən azından Baş prokuror səviyyəsində qərar verilən hadisədir. Doğrudur, çoxları Zakir Qaralov kimi şəxsi və peşəkar keyfiyyətlərə sahib bir kadr üçün bu cür əməllərin törədilməsində qeyri-adi nəsə axtarmağı doğru saymır.
Uzun illər sabiq Baş prokurorun böyük narazılıq, qıcıq yaradan fəaliyyəti, ədalətsizliyi, məmur oliqarxiyasının nümayəndəsinə çevrilməsi, bizneslə məşğul olması, bir sözlə, bir ölkənin Baş prokuroru postuna uyğun keyfiyyətlərdən çox-çox uzaq olan birisi olduğuna dair mətbuatda, cəmiyyətdə müəyyən fikir formalaşmışdı. Və bu qənaəti heç də qeyri-obyektiv saymaq olmaz. Buna baxmayaraq, bu şəxs 20 il ölkənin Baş prokuroru olub. Odur ki, Ülvi Abbasovun doğrudan da Z.Qaralovun “xeyir-duası” və hətta sifarişi ilə həbs edilməsi ehtimalını istisna etmək olmaz.
İstənilən halda, Ü.Abbasova bəraət verən istintaq, məhkəmə orqanı onu şərləyənlərin, barəsində qərəzli istintaq aparanların və haqsız məhkəmə qərarı çıxaranların üzərinə gedirmi, onları məsuliyyətə cəlb edirmi? Xeyr. Normal ölkədə sözügedən prokurorun həbsinə səbəb olan müstəntiqdən hakimə qədər hər kəs, eləcədə şəxsən həmin dövrün Baş prokuroru istintaqa ifadə verməli, əgər həbsin sifariş əsasında baş verdiyi təsdiqlənərsə, məsuliyyətə cəlb olunmalıydı. Yox, əgər bu adam doğrudan da vəzifə səlahiyyətlərini aşıb, cinayət törədib, lakin sonradan bəraət ala bilibsə, bu halda da onu azad edənlər və ona bəraət verənlər məsuliyyətə cəlb olunmalıdır. Ancaq biz atılmalı olan bu addımların heç birini görmürük və yaxın gələcəkdə görəcəyimiz də şübhəlidir...
Nəhayət, bu işin daha bir ilginc tərəfi. Ü.Abbasov öz köməkçisi Faiq Quliyevlə birlikdə, eyni cinayət işi üzrə həbs olunmuşdu. Lakin sabiq prokurordan fərqli olaraq, köməkçisi hələ də həbsdədir və ona bəraət verilməyib. Necə ola bilər ki, eyni iş üzrə əsas səlahiyyətli və qərar verən şəxs bəraət alır, onun köməkçisi isə cinayətkar qismində həbsxanada qalır?
Məlum məsələdir ki, Azərbaycan reallıqlarında heç bir prokuror, hakim, icra başçısı və s. yüksək vəzifəlinin köməkçisi ondan xəbərsiz, onun “xeyir-duasını” almadan kimdənsə rüşvət tələb edə, ala bilməz. Ən azından ona görə ki, aldığı pulun müqabilində görüləcək iş onun səlahiyyəti xaricindədir. Belə olan təqdirdə, prokurora bəraət verib, köməkçisini həbsdə saxlamağın adı nədir?
Bir sözlə, barəsində bəhs etdiyimiz bu iş də bütünlükdə hüquq-mühafizə və məhkəmə sistemimiz kimi qarışıq, qaranlıq və müəmmalıdır. Yəqin ki, onun bütün təfərrüatlarının açılması da elə bu sistemin nə vaxtsa tam və əhatəli islahatına, şəffaflığına nail olunduqdan sonra mümkün olacaq. Bunun üçünsə artıq başlayan həmin islahatların real zaman kəsiyində, mümkün qədər qısa vaxtda həyata keçirilməsi lazımdır...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Şərhləri oxuyuram, elə ağzına gələni yazırlar. Ulvini tərifləmirən və günahlandırmıram. Sadəcə bu qaqaş rayonda başçı tərəfindən qoyulmuş sistemə qarşı çıxıb və cavabənı alıb. ....Ulvi dürüst və yerini bilən insandı.
Yalan ayaq tutar, yeriməz. Şərləməyin də, haqqsızlığın da cəzası verilir (ha bu dünyada, ha o biri). Allah Ülvi kimi digər haqsızlıqlara məruz qalmış adamlara da kömək etsin.
Ümüdümüz var ki yeniden ismayilliya ülvü melim.geler ve bu qanusuzluklara son qoyar cok gozel insan idi onu bele edenler sifarişcisi oldu usdune şer bohdan atildi ama Şükür ki hak edalet oz yerini tapdi ve Berayit qazandi cun ki Allah hemeşe Ülvü Melime komek olacak cun ki kasiblar cok komelik edib el tutub sadecene haqin terefdaridi gozlero goturmediler şer adilar usdune .Allah boyukdu ve her şeyi gõrur
Ülvü Abbasov polisin qanunsuzluqlarına göz yummurdu.Açılma 30 faizə düşmüşdü.Əsl səbəbi araşdırmaqdansa Zakir Karalov idarə rəisini "barışığa"göndərdi.İcra başçısı da Ülvünün əleyhinə idi.Bax bu mövqesizlikdən 4 ay sonra Ülvünü şərləyib tutdular.sonra
Məqalənin müəllifi çox incə məqamlara toxunur,İsmayıllı boyda bir rayonun prokurorun başına bu müsübətlər açlırsa onda vay sravi vətəndaşların hüquq və haqqlarına. İsmayıllı caamatının gözü " tərəzıdir" ,bu şərhlərdən də görünür.Konkret adlar da çəkilir.İnşallah cənab prezident bir tədbir görər. tərəzi
Necə insan olduğunu, günahının olub-olmamasını Allah bilir. Amma bu dablyu ilə yazan şəxs müxtəlif adlarla keçmiş prokuroru tərifləyir.
Sizi yeniden rayonumuzun prokuroru gorek
Hal hazirda ismayilli purokrolugunda cok haksizliklar edilir gedirsen derdini demeye hec qebulda etmiler ve ehtiyac dediyim.şexsde cixib hede qorxu gelir bizlere cun ki pulu vari dovleti adami var bir bele haksizliklar olmaz isdintak mekemeye kecmemiş pul ruwvet xatirine olum.işlerine xitam veriler hindide Ülvu abasovu pisleyiler xeyir ismayilli ehalisi cok razi idi Ulvu abasovdan cok
Rüşvətxorlara mane olduğu üçün onu, şərlədilər.
Ulvu abasov cok Mert ve cesur idi kasib kusubun yanindaydi ve ismayilli rayonunun kasiblara cok komeyi deyib hec vaxdi haksizlik olmayib sadecene ulvu abasovun usdune wer bohdan atildi cunki haqin terefdaridi haksizligi semezdi her bir vetendawin derdine halina yanardi hindiki purokrol Tural ne edir Elbir olub Ehtiyacla olum iwlerine qanusuzluklar ederek haksizliklar ederek olum iwine xitam veriler ve bunun şahidi bizik cun ki menim ölen qardaşimin cinayegarlari hal hazirda azadlikdadi 6 ay geden isdintakdan sonra olum iwine xitam verildi niye sebebleri budu Bunu eden Tural nerman ve kitap xana adile deyib işleyen ehtiyac oldu ehtiyacda o cinayet toredenlerin Yaxinlaridi elde her bir delil subut şahit ama buna baxmayarak kasiblarin haqini huququnu taptalayirlar ama Ülvu abasov olsaydi hak edalet oz yerini tapardi cok isdeyerdiki yeniden ulvu abasov gelsin ismayilliya baw purokrol
Cox sevindim duz-yerini tapdi cox dayerli huquqsunasdir.xalqimiza bela kadirlarlazimdir
Kasıbların duası sizinlədir. Haqsızlıq yerdə qalmadı.
gozel insandir ,insallah Ismayilliya prokuror qayidar
Hele menim Oldurlen Qardaşimin haksizliklar ederek Başda Tural ehtiyac ve nerman oldu haksizlik ederek ölüm.işine xitam verildi bunuda eden menim.qardaşimin Qatilerinin qohumu idi Ehtiyac ve buna gorede istintak olarin xeyirine aparildi ve iş mekemeye getmemiş purokrolukda xitam verildi.Ama Ülvü Abasov olsaydi hakedalet öz yerini qanula tapalacaxdi ve cinayegarlar Azadede gezmezdiler işallah ülvü abasov geler yeniden ismayilliya
Ülvü müəllimi haqqı ədaləti müdafiə edən bir prokuror kimi tanıyıram.Allah işini avand etsin.
Esq Ülvü Məllimə HAQQ sizinlədir
Bu Bəraətə kölgə salmaq istəyənlərə arr olsun!
Həmin Faiq Quliyev 5 il Kürdəmirdə işləyib.Onun haqqında baş prokurorluğa onlarla şikayət daxil olub.Nə üçün həmin şikayətlər ayaq tutb yerimədi? Deməli məsələ Ülvü kimi baş prokurorluğ və icra başçısı üçün arzuolunmaz şəxsi ilişdirmək üçün Faiq lazım imiş.Axı Faiq İsmayıllıda cəmisi 15 gün idi işləyirdi.
Zakir Qaralov prokurorluğun saf,səmimi,öz sözünü deyə bilən ,mənliyini qoruyan bütün əməkdaşlarına qarşı əsl repressiya aparıb.Təkcə ilk 5 ilində 37-ci ildən sonra bütün dövrdəkindən daha çox insan cəzalandırılıb.Yüzlərlə prokurorluq işçisi ədalətsizliyə məruz qalıb
Bineqedide müavin iwleyerken Ulvi insanlara zülm edirdi
çox ehtimal yaxşıların yaxşısı olub--bizim ölkədə belələrini çox ağır zəzalandırırlar-
Sukurler olsun Allaha ki,haqq edalet oz yerini tutdu.Gelecek islerinde ugurlar arzulayiram.
gozel insandir Ulvi Abbasov
Yəqin ki, şahidlik edənlər, üzə duranların şalvarı əldən getdi.
hələ Binəqədidə hamı bilirdi ki Ülvi Abbasov ....
yetim yesirin atasi idi, camaaat ondan cox razi idi, qerezli werh yazmayin, Allahdan qorxun
Duz yazirsiniz, prinsipial ve edaletli adamdir, onun hebsinin arxasinda Ramiz Mehdiyev ve Zakir Qaralov dayanirdi
Ülvi Abbasovu sevməyən haqsız insanlardır,çünki o ismayıllıda işlədiyi müddətdə daima haqqın yanında olub,daima rüşvətxorlara qarşı mübarizə aparıb; Elə ona görə də,bu gün ona həmən rüşvətxorların sifarişi ilə həqiqəti əks etdirməyən bəzi yalanlar yazılır,ancaq Allah haqqın tərəfində olduğu üçün həmişə Ülvi Abbasova kömək olacaq
werhleri yazanda edaletli olun, butun olke bilir ki, Ulvi Abbasovun rayonda yaxwi hormeti var idi, edalettli adamdir, onun hebsinin arxasinda Ramiz Mehdiyev ve Zakir Qaralov dayanir, komekcini hebs edib qoydular prokurorun uzune
meqalenin ozunde muellif haqli olaraq Ulvi Abbasovu kifayet qeder durust ve pewekar kimi qiymetlendirilir, onu taniyan biri kimi deye bilerem ki, kaw prokurorluqda ust uste 10 nefer bele adam olaydi
Keçmiş Baş Prokurorun Keçmiş Birinci Müavini, hörmətli Usubovun adını məqalənizdə görmədim.
Bu prokuror necə sərbəst gəzir ki, köməkçisi həbsdə? vicdanı olan şəxs deyil demək
Rayonda hamı bilir ki bu prokorur çox yekəxana, heç kimi saymayan birisi idi
Ülvi Abbasov əsas fiqur idi bu işdə, necə ola bilər ki köməkçi galdı həbsdə o isə bəraət aldı. İkinci variantdır ona görə.