Menu

“Xarici hərbçilərin statusu müəyyənləşdirilməlidir” - Deputat

01.02.2021, 12:14
“Xarici hərbçilərin statusu müəyyənləşdirilməlidir” - Deputat

“Ölkəmizdə olan xarici hərbçilərin statusunun müəyyənləşdirilməsinə ehtiyac var”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, xarici hərbçilərin statusu ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur: “Onların hüququ statusu ilə bağlı məsələ həllini tapmalıdır. Məsələn, onların toxunulmazlıq hüququ varmı? Yaxud işğaldan azad edilmiş ərazilərdə olan sülhməramlılar, monitorinq mərkəzində olan hərbçilər var. Orada hər hansı cinayət törədilsə onların hansı hüquqları olacaq?! Ya yeni qanun qəbul edilməlidir, ya da Azərbaycan hökumətinin sülhməramlı kimi digər ölkələrdə iştirakı ilə bağlı qanuna yeni fəsil əlavə edilməlidir”.

Şərhlər

Vətəndaş 2021-02-01 14:56:51

Xəbərdarlıq edib insanların reaksiyasını yoxlayırlar görək bunu da soxuşdurmaq olacaq ya yox.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol