Menu

“Azərbaycanla münasibətlərimizdə ehtiyatlı olmalıyıq” - Gürcüstanın baş naziri

01.02.2021, 16:21
“Azərbaycanla münasibətlərimizdə ehtiyatlı olmalıyıq” - Gürcüstanın baş naziri

"David Qareci (Keşikçidağ – red.) məsələsinin siyasiləşdirilməsi yolverilməzdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, məsələnin siyasiləşdirilməsi Gürcüstan üçün son dərəcə risklidir: “Biz hamımız məsuliyyətli olmalıyıq. Məsələni siyasiləşdirməkdən çəkinməliyik. Məbədin gələcəyinə münasibətdə və strateji tərəfdaşımız Azərbaycanla münasibətlərimizdə ehtiyatlı olmalıyıq. Hər kəs məsələnin çox həssas olduğunu anlamalıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol