“GEDİN OTURUN YERİNİZDƏ...” - Prezident daha 3 məmura xəbərdarlıq edib + VİDEO

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə yüksək çinli məmurları sərt tənqid edib.

Bunların arasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, AZAL-ın prezidenti Cahangir Əsgərov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov da var.

Dövlət başçısı adıçəkilən məmurlara lüzumsuz təkliflərinə görə sərt reaksiya bildirib:"Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq bizim soydaşlarımız da, onlar bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Başqa orada bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki, çoxdan öz ömrünü bitiriblər, orada da 2 min erməni yaşayırdı..

İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir. 

Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Onları da mən deyə bilərəm, sadalaya bilərəm, qoy Azərbaycan vətəndaşları bilsinlər. 

Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün?

Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin.

AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində.

Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?

... Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar..."

AzPolitika.info


635x100

Şərhlər

Fətullayev Niyazi 2021-02-03 21:07:08

Hər bir işlər yaxşı olar....

Cəmşid Dərələyəzli 2021-02-02 10:52:39

Cənab Prezidentin Azərbaycan Televiziyasına verdiyi bu son müsahibəsində Milli Bankı sədri, Dövlət Gömrük Komitəsinin sədri, AZAL-ın prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Sərhəd Qoşunlarının rəisi və Fövqalədə Hallar naziri haqqında söylədiyi fikirlər və tutduğu iradlar cəmiyyət tərəfindən müsbət qarşılanmış və cənab Prezidentdən bu köhnəlmiş və öz “əməlləri” ilə Onun ölkə üzrə hər alanda qarşıya qoymuş olduğu hədəflərə kölgə düşürən bu sayaq məmurların görəvdən alınmalarını ehtiva etmişdir. Çünki, artıq bu adı çəkilən məmurlarda vətənpərvərlik hisləri (yəni əvvəldən də əksəriyyətində belə bir hislər olmamışdır) ölmüş, onlar üçün vəzifə dövlət və dövlətçiıliyə xidmətdən çıxaraq, hər atdıqları addımda və söylədikləri hər fikrdə yalnızca öz şəxsi mənafeylərinin güdülməsi halinə gətirilmişdir. Və bunu da Ölkə Başçısı çox gözəl bilir. Odurki də, Ölkə Başçısının bu çıxışından sonra hökümətdə 20 ildən çoxdur kök salmış və cəmiyyət tərəfindən də artıq qəbul edilməyən Hökümət üzvləri (başda Ədliyyə Naziri də olmaqla) belə bir vəziyyətdə dərhal istefa ərizələrini yazsalar, elə bilirik daha hörmətli olarlar. Amma çətin. Ona görə də yaxşı olardı ki, ən uzağı bu ilin ikinci yarısında indiki “Parlamenti”in buraxıb, Konistitutsiyada dəyişikliklər edib yeni seçgilərə və refenduma getməklə, cənab Prezidentin öxünün də qeyd etdiyi kimi sistem dəyişikliyi aparıb kadr islahatını tam başa çatdırmaq. Bununla da əksəriyyəti bunlar kimi üst düzey iri ranqlı memurlar bütün hakimiyyət strukturlarından təmizlənməlidr. Həttda bundan öncə, YAP-nın qurultayının çağırılıb ilk növbədə Əli Əhmədov başda olmaqla partiyanın İcra Aparatının üst düzeyini göndərmək lazımdır. Əks halda, qeyd olunan düşüncələrin sahibləri olan bu məmurlarla yürümək, olsa -olsa zaman alacaq, özü də uzun zaman. Bu isə cənab Prezidentin ölkə üzrə qarşıya qoymuş olduğu hədəflərin, vaxtında reallaşmasında ən böyük əngəl demək. İnanırıq ki, Ölkə Başçısının Qarabağın İşğaldan azad olunmasında sərgiləmiş olduğu əzmikarlıq və qətiyyət və bundan doğan xalqla dövlətin birliyi, bu sahədə də öz sözünü deyəcəkdir.

RÖVŞƏN 2021-02-02 10:04:04

Cənab Prezident Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevə EŞQ OLSUN!

PAPA RIMSKI 2021-02-02 07:30:23

aye,,,erkoyun uwaqlardilar,,bilmeyiflar.dolyalarini isteyirler

Dövlətimizi sevən 2021-02-01 23:09:38

Vətəndaşları dövlətdən narazı salan, sosial narazılıqları artırmağa çalışan məmurlarımız olduqca çoxdur.. Onların xidmətləri sizlərin işgüzar nüfuzunuza xələl gətirir. Ona görədə ölkəmizdə hərtərfli kadr islahatları aparılmalıdır, xüsusilə İcra Hakimiyyətləri....Kök salıblar hərəsi artıq 10 - ildir ki İcra Başçısıdır.. Bu o deməkdir ki, həmin rayonu özəlləşdiriblər...23-il İcra hakimiyyətinin birinci müavini işləyir.....Şəki də.. 23-il bir kresloda oturmaq olar ?

ayrım 2021-02-01 22:09:48

canim Prezident saleh məmmədovla bağlı hələ az dedeniz onu xalq cəhbəsilə bağlı cox meəmmalı faktlar var. əli kərimliyə cox pullar ötürülməsinə dair faktlar...

kasıb 2021-02-01 19:44:39

Oturmurlar yerlərində,heç su pulu da vermirlər

Son yazılar