Qarabağın işğaldan azad olunmasından sonra qarşıda duran əsas vəzifə ermənilər tərəfindən tamamilə viran qoyulmuş rayon, qəsəbə və kəndlərin yenidən bərpa olunmasıdır. Azərbaycan Prezidenti ən qısa vaxtda bu problemin həlli üçün dövlətin bütün gücünü səfərbər edəcəyini açıqlayıb.
Ancaq təbii ki, bu nəhəng problemin həllini yalnız dövlətin üzərinə qoymaq doğru olmaz. Ölkədə və xaricdə fəaliyyət göstərən iş adamlarımız, iri şirkətlərimiz də Qarabağın bərpasında və dirçəldilməsində Azərbaycan dövlətinin yanında yer almalıdırlar.
Məhz bunu təmin etmək üçün ölkə Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşması üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədi ilə yaradılan Qarabağ Dirçəliş Fonduna artıq xaricdə fəaliyyət göstərən iş adamları tərəfindən də ianələr köçürülməsinə başlanılıb.
Belə iş adamlarından biri də Kiyev şəhərində fəaliyyət göstərən gənc iş adamı, “ЖК Софиевская сфера” şirkətinin rəhbəri, Sumi Vilayət Radasinin deputatı Araz Quliyevdir. O, Qarabağ Dirçəliş Fonduna 20 000 manat ianə edib.
"Cənab Prezidentin çağırışına qoşulmaq, işğaldan azad olunmuş rayonların bərpasında iştirak etmək, Qarabağ Dirçəliş Fonduna ianə etmək hər bir iş adamının Vətən qarşısında borcudur" - deyə bildirən Araz Quliyev eyni zamanda xarici ölkələrdə fəaliyyət göstərən bütün iş adamlarını bu təşəbbüsə qoşulmağa çağırıb.
"Arzu edirik ki, xarici ölkələrdə yaşayan və çalışan imkanlı iş adamlarımızın hər biri bu prosesdə yaxından iştirak etsin. Qarabağın dirçəldilməsinə töhfə vermək hər bir azərbaycanlı iş adamı üçün şərəfli bir vəzifə olmalıdır. Uzun illər öz doğma yurdlarından məcburi köçkün düşmüş, böyük mərhumiyyətlər yaşamış insanlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında, yüksək səviyyəli və təhlükəsiz yaşayışının təmin edilməsində bacardığımız qədər iştirak etmək borcumuzdur. Qoy bu fəxarətli və sevincli günlərdə birliyimiz daha da möhkəm olsun!" - deyə, iş adamı vurğulayıb.
AzPolitika.info


Şərhlər
ARAZ M ALLAH SAXLASIN NAXCIVAN FƏXR EDİR SİZİNLƏ
ПИШАЄМОСЯ
xaricde bele Azerbaycanli genc deputatimizin olmagi ne gözeldir
Araz mellim, daha evveler de bele xeyriyeci iwler gorub. Pandemiya vaxti hem olkemizde, hem de Ukraynada azteminatli ailelere yardimlar edib. Araz mellim vetenini, xalqini ve olke bawcisini seven 1 iw adamidir
Sağ ol!
Qurur Duyuruq bele genclerimizle Halal olsun
Halaldi. Bu cur genclerle Fexr edilesidi.
Halaldi. Bu cur genclerle Fexr edilesidi.
Halaldi. Bu cur genclerle Fexr edilesidi.
Allah can saqlıqı brrsin sizə dilinizə və ürəyinə saqlıq düzgün fikirlərdi.hər bir insan vətəni xalqı üçün çalışmalıdı
Allah qorusun Belə xeyir sevər iş adamlarını. Uğurlarınız Bol olsun
Sağolsun! Fəxrimizdir!
Sağolsun!