LUKAŞENKONUN GENERALI VƏ AZƏRBAYCANIN ÇÖRƏYİ... - Stanislav Zas hansı terrorçulardan danışır?

Ötən gün KTMT-nin baş katibi, Belarusu təmsil edən general Stanislav Zasın onlayn-brifinqdə Qarabağdakı vəziyyətlə bağlı söylədikləri Ermənistan mətbuatının ən sevimli mövzularından birinə çevrilib. Aleksandr Lukaşenkonun generalı deyib ki, “Qarabağdakı suriyalı terrorçular ərazini tərk etməlidir”.

Zas heç bir konkret fakt göstərmədən bildirib ki, onlarda (KTMT-red.) münaqişə zonasında “ümumi planda da olsa” suriyalı terrorçuların mövcudluğuna dair məlumat olub. Və bu məsələ KTMT-nin kollektiv təhlükəsizliyinə təhdid yaradır. KTMT-nin baş katibi oxşar açıqlamanı 44 günlük müharibənin gedişində də səsləndirmişdi və demişdi ki, Suriyadan Qarabağa terrorçuların gətirildiyini qeydə alıblar. Ancaq məlum olduğu kimi, nə müharibənin gedişində, nə də ondan sonra Azərbaycan tərəfindən hər hansı əcnəbi silahlının döyüşdüyünə dair heç bir fakt, sübut üzə çıxmadı və çıxa da bilməzdi.

Ən müasir silahlara, yüksək hazırlıqlı şəxsi heyətə, xüsusi təyinatlı qüvvələrə, PUA-lara və s. malik olan və nəhayət, say etibarilə erməni ordusunu dəfələrlə üstələyən silahlı qüvvələrimizin hər hansı xarici hərbi qruplaşmanın xidmətinə heç bir ehtiyacı yoxdur. Bu, dəfələrlə deyilib. Bunu Şuşa uğrunda gedən döyüşlər də əyani surətdə göstərdi.

Hətta ermənipərəstliyilə xüsusi seçilən Vladimir Solovyovun verilişində danışan tanınmış israilli politoloq Yakov Kedmi də onun “suriyalı terrorçular”la bağlı təxribatçı sualına cavab olaraq dedi ki, “siz Şuşa uğrunda gedən döyüşlərdə həlak olanlar arasında bircə nəfər də olsa azərbaycanlı olmayan əsgərin, türkiyəlinin, suriyalının meyidinə rast gəldiniz?”

Doğrudan da ermənipərəst ölkələrin mətbuat səhifələrindəki ciddi mənbəyə söykənməyən, yalnız gümanlar və heç bir dəqiq fakta əsaslanmayan məlumatlardan, eləcə də həmin ölkələrin rəsmilərinin yenə heç bir fakt gətirmədən səsləndirdikləri iddialardan başqa ortaya heç nə qoyulmadı. Bu deyilənlərin Azərbaycana qarşı təzyiq və şantaj alətindən başqa heç nə olmadığını isə hər kəs, o cümlədən belaruslu general S.Zas da yaxşı bilir. Bəs belə olan təqdirdə, müharibənin bitməsindən az qala 3 ay vaxt keçəndən, Rusiya sülhməramlılarının Qarabağa yeridilməsindən sonra hansısa mücərrəd suriyalı terrorçulardan danışmaq nə dərəcədə ciddi və məqsədəuyğundur? Və hansı savadlı general lap hipotetik olaraq əcnəbi silahlıların orada nə vaxtsa mövcudluğuna inansa belə, artıq müharibə bitəndən, rus qoşunları regiona daxil olandan sonra onların Qarabağda qaldığını düşünə bilər? Bu hansı məntiqə, ağıla sığır?...

Xatırlayırsınızsa, Ermənistan xeyli müddət KTMT-nin baş katibi postuna həmin bu Stanislav Zasın və ümumiyyətlə, hər hansı bir Belarus təmsilçisinin gətirilməsinə qarşı çıxırdı. Həmin vaxt Zasın təyinatı ermənilərin səyləri nəticəsində havadan asılı vəziyyətdə qalmışdı və bu general boynunu büküb, ermənilərin nə zaman daşı ətəklərindən tökəcəklərini gözləyirdi. İndi isə bu adam az qala ermənilərin özlərindən daha betər ermənipərəstlik, canfəşanlıq edir. Doğrudur, deyilə bilər ki, KTMT-nin missiyası və onun tutduğu vəzifə bunu tələb edir. Amma bu, o demək deyil ki, general paqonu daşıyan və zabit şərəfi olan bir şəxs ağına-bozuna baxmadan, ortaya fakt, sübut qoymadan bir ölkəyə, onun silahlı qüvvələrinə qara yaxmalıdır, onun bu savaşda şəhid olan igidlərinin zəhmətinə, qanına kölgə salmalıdır. Xüsusilə də o ölkəyə ki, sənin təmsil etdiyin dövlətə (Belarusa-red.), xalqa ən çətin vaxtlarında nə qardaş saydığınız Rusiyanın, nə də dılğır və xəbis Ermənistanın etmədiyi köməklikləri edib, dəstək verib, əl uzadıb. O ölkə ki, sizin istehsal etdiyiniz silahları az qala dünyanın ən müasir silahları qiymətinə alıb və sizə külli miqdarda qazanc verib. O ölkə ki, heç kim siz tərəfə baxmaq belə istəməyəndə, ilk xahişinizin qarşılığında, gözünü qırpmadan 100 milyonlarla dollarlıq borc ayırıb, yardım göstərib. Özü də bunu sonradan şəxsən Aleksandr Lukaşenkonun özü fəxrlə bəyan edib.

Bəs indi nə baş verdi? Nədir bu ermənipərəstlik və erməni təəssübkeşliyi? Və niyə bu təəssübkeşlik Azərbaycanı şərləmək hesabına gerçəkləşdirilir?

Bütün bunların, bu yanaşmanın səhv, yanlış, qərəzli olduğunu, nəhayət, dostluq münasibətilə bir araya sığmadığını sözügedən generalın “sahibi” də bilməmiş deyil. Ancaq nə etmək olar, belə çıxır ki, “çörəyimizin duzu yoxdur”... Və hələ də kimin “ipinin üstünə odun yığmalı” olduğumuzu tam anlaya bilməmişik.

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

İSMAYIL 2021-02-05 13:52:03

зас- засекреченный армянский с...

Rustəm 2021-02-03 17:26:39

Cəlal müəllim, çörəyimizin duzuda var, tamıda. Sadəcə çörəyimizi yeyən şərəfsizlərin ağzının dadı yoxdur.

Azər 2021-02-03 11:03:32

İt-İtin ayağını basmaz. Hələ bu harasıdır, çox şeyə şahid olacağıq.

AZER 2021-02-03 10:59:01

Rusiya borc vermədi onlats, amma biz pul tapıb verdik onlara, Lukaşenko yəqin bunu unutmayıb,

Roma 2021-02-03 08:25:09

Ağası Lukaş kimi yaltaq olanın başına külüm olar...

Xalq 2021-02-03 01:26:17

S.Zas haram olsun sənə yediyin çörək ! Şərəfsiz və alçaq kozyol!

t.ədalət 2021-02-03 01:18:36

Sarıqulağın hamısı bir bezin qırağıdır.

Roma 2021-02-03 00:45:12

Birincisi, bu dəyyus general fakt söyləsin və böhtana görə məhkəməyə verilsin, 2-cisi, Lukaşenko illər öncə Rusiyaya qaz pulunu verə bilmirdi və qazı kəsiləndə gəlib diz qoyub pulu burdan apardı, 3-cüsü Qarabağ alınanda Lukaşdan bir xeyir-dua gəlmədi, Ukrayna, Pribaltika, Qazaxıstan, Orta Asiya və sıra başqaları qorxa=qorxa da olsa gözaydınlığı verdilər... Lukaşenkonun

Son yazılar